Azərbaycan iqtisadiyyatı Gürcüstan və Ermənistana nədə uduzur
İqtisadçı Zöhrab İsmayılın qənaətinə görə, neft və qaz ixracı çıxılsa, Azərbaycan iqtisadiyyatı ciddi tənəzzül təhlükəsi ilə üz-üzədir: "Qeyri-neft ixracının 20 faiz artdığı bildirilsə də, mütləq rəqəm kifayət qədər kiçikdir — cəmi 580 milyon ABŞ dolları. Bu onu göstərir ki, Azərbaycanda iqtisadiyyatın diversifikasiyası baş tutmayıb".