Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 03:22

AzadlıqRadiosu sosial mediadakı iddiaları araşdırıb


Azadliq Radiosu
Azadliq Radiosu

Azadlıq Radiosunun Azərbaycan xidməti dəqiq, müstəqil və məsuliyyətlidir, konkret şəxslərlə bağlı şərh verilmir.

“Azad Avropa/AzadlıqRadiosu Azərbaycanda senzurasız xəbərlər təqdim etməkdə bizim missiyamıza və prinsipial jurnalistika etikamıza sadiqdir” – bunu AzadlıqRadiosu Azərbaycanda sosial media şəbəkələrində radionun Azərbaycan xidmətinin bəzi keçmiş əməkdaşları və digər şəxslərin rəhbərliyə qarşı səsləndirdikləri iddialarla bağlı yaydığı növbəti açıqlamasında bildirir.

Avqustun 19-da yayılan açıqlamada qeyd olunur: “Azərbaycan xidmətinin ünvanına səslənən iddialara dair radionun ombudsmanı əhatəli baxış keçirib və xidmətin dəqiq, müstəqil və məsuliyyətli olduğunu üzə çıxarıb. Azad Avropa/AzadlıqRadiosu konkret şəxslərlə bağlı şərh vermir”.

Xatırlatma

Azərbaycan Baş Prokurorluğu 2014-cü ildə AzadlıqRadiosunun Bakı bürosunda reyd keçirərək onun qapısını möhürləyib. Hakimiyyət orqanları radionu vergi və maliyyə pozuntularında ittiham edib. Radionun azadliq.org vebsaytı isə 2017-ci ilin martından Baş Prokurorluğun müraciəti ilə Azərbaycanda bloklanıb. Prokurorluq vebsaytın ölkənin milli təhlükəsizliyinə hədə yaratdığını bildirib. Amma məhkəmədə bu iddianı müdafiə tərəfi təkzib edib.

AzadlıqRadiosu həm vergi ittihamları, həm də vebsaytının bloklanmasından Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət verib, hər iki iş üzrə məhkəmənin qərarını gözləyir.

Azərbaycan hakimiyyəti ölkədə təməl insan haqları, söz və ifadə azadlığının pozulmasına dair beynəlxalq insan haqları qruplarının tənqidini qəbul etmir.

AzadlıqRadiosu indiyədək prezident ailəsinin, onun yaxın çevrəsinin maliyyə fəaliyyəti, hakim ailə üzvlərinin xaricdəki mülkləri, ölkədən qanunsuz olaraq çıxarıldığı iddia olunan 3 milyard dollara yaxın vəsaitlə bağlı araşdırmalar dərc edib.

Radio Azərbaycanda hökumətin mediaya total nəzarət etdiyi bir mühitdə senzurasız, qərəzsiz, balanslı jurnalistika fəaliyyətini davam etdirir, aparıcı müstəqil xəbər mənbəyi imicini qoruyub saxlayıb.

XS
SM
MD
LG