Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 17:18

Rusiya Belarusa qırıcılarını göndərib


Rusiyanın təkmil Su-57 qırıcısı
Rusiyanın təkmil Su-57 qırıcısı

Belarus rəsmiləri bildirirlər ki, hava sərhədi boyunca patrul keşiyinin çəkilməsi üçün ölkəyə Rusiya qırıcı təyyarələri gətirilib.

Rəsmilər bu hadisəni iki ölkənin birgə hərbi tədbiri kimi təqdim edirlər.

Suxoy qırıcıları Belarusa sentyabrın 8-də daxil olub. Sentyabrın 9-da isə Rusiya prezidenti Vladimir Putin Moskvada belarus həmkarı Alyaksandr Lukaşenkanı qəbul edəcək.

Belarus Müdafiə Nazirlyinin verdiyi məlumatda deyilir ki, “Rusiya qırıcıları hərbi hava qüvvələrinin müştərək təlim mərkəzinin yaradılması və Belarus-Rusiya havadan müdafiə qüvvələrinin təşkili” məqsədilə Baranoviçi hərbi hava bazasına gətirilib.

Bəyanatda neçə təyyarənin gətirildiyi barədə məlumat və başqa detallar yoxdur.

Bu da xəbər verilir ki, sentyabrın 10-da iki ölkədən olan minlərlə hərbçinin iştirakı ilə manevrlərə başlanmalıdır.

Bu xəbər bəzi NATO üzvü olan ölkələrin narahatlığına səbəb olub.

Belarusun Rusiyaya birləşdirilməsi baş verə bilər?

Bəzi müşahidəçilər deyirlər ki, Lukaşenkanın Putinlə görüşü ərəfəsində iki liderin ölkələrinin vahid dövlətə inteqrasiyasını yekunlaşdırıcaqlarına dair şayiələr dolaşır.

Moskva və Minsk vahid ittifaq dövlətinin yaradılmasına dair müqaviləni onilliklər bundan əvvəl imzalasalar da, bu ittifaq hələ də kağız üzərində qalır.

Ekspertlərin fikrincə belə bir dövlətin yaradılması Belarusun suverenliyini əhəmiyyətli dərəcədə azaldardı.

Lukaşenka indiyədək Putinin belə cəhdlərinə müqavimət göstərib.

Lakin indi, qalmaqallı avqust seçkisindən sonra Belarus xarici aləmdən təcrid olunub.

Müxalifət seçkinin Lukaşenkanın xeyrinə saxtalaşdırıldığını iddia edir.

Belarusun paytaxtı Minskdə və başqa şəhərlərdə seçki nəticələrinə etiraz edən on minlərlə insanın kütləvi nümayişlərinə hökumət qüvvələri tərəfindən divan tutulub.

Qərb, Avropa İttifaqı və ABŞ Belarus seçkilərinin nəticəsini və Lukaşenkanın prezident kimi legitimliyini tanımadıqlarını bildiriblər.

Son həftələrdə Belarus rəsmiləri nəhayət ki, iki ölkənin birləşməsi ilə yekunlaşacaq prosesin yol xəritəsinin imzalana biləcəyinə dair işarələr veriblər.

Lukaşenka bu ayın əvvəllərində bildirmişdi ki, Rusiya onun ölkəsinə təyyarə, helikopterlər və hava hücumundan müdafiə sistemləri də daxil böyük həcmdə hərbi texnika və silah-sursat verəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG