Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

16 ildən sonra vətənə dönən prezident təhlükəsizlik xidmətinə aparıldı


Qırğızıstanın birinci prezidenti Askar Akaev vətəninə dönüb
Qırğızıstanın birinci prezidenti Askar Akaev vətəninə dönüb

Askar Akaev 1991-2005-ci illərdə Qırğızıstan prezidenti olub. O, 16 il əvvəl hakimiyyətdən çevriliş yolu ilə uzaqlaşdırılıb və həmin vaxt ailəsi ilə birlikdə Moskvaya qaçıb.

Qırğızıstanın keçmiş prezidenti Askar Akaev Moskvadan Bişkekə döndükdən sonra Dövlət Təhlükəsizlik Xidməti-nə aparılıb.

Azadlıq Radiosu qırğız xidmətinin məlumatına görə, Akaev beynəlxalq axtarışda imiş. O, vaxtilə ”Kumtor” qızıl mədənində korrupsiyaya yol verməkdə şübhəli bilinir.

25.kg nəşrinin yazdığına görə, Akaev könüllü olaraq Bişkekə gəlib ifadə vermək istədiyini bildirib.

AzadlıqRadiosu qırğız xidmətinin məlumatına görə, təşəbbüs Dövlət Təhlükəsizlik Xidmətindən gəlib, o isə bunu qəbul edib.

Təhlükəsizlik xidməti ona, hər şeyin qanun çərçivəsində aparılacağını vəd edib.

Mənbə yazır ki, Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyev və digər rəsmilər də iyulun əvvəllərindən bu istintaq çərçivəsində rəsmi axtarışa verilib.

Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiev
Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiev

Onlar da korrupsiyaya yol verməkdə şübhəli bilinirlər.

Askar Akaev 1991-2005-ci illərdə Qırğızıstan prezidenti olub. O, 16 il əvvəl hakimiyyətdən çevriliş yolu ilə uzaqlaşdırılıb və həmin vaxt ailəsi ilə birlikdə Moskvaya qaçıb. O vaxtdan bəri Moskvada elmi fəaliyyətlə məşğul idi.

Akaev 2021-c ilin aprelində “Avtor TV” kanalına müsahibəsində, həmin vaxt hakimiyyəti qanuni yolla verməməsindən təəssüf bildirib.

XS
SM
MD
LG