Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:40

Şoyqu ermənistanlı həmkarı ilə görüşüb


Vaqarşak Arutyunyan və Sergey Şoyqu. Moskva. 28 may 2021
Vaqarşak Arutyunyan və Sergey Şoyqu. Moskva. 28 may 2021

Azərbaycanın Müdafiə Nazirliyi mayın 27-də Kəlbəcər rayonu ərazisində altı erməni hərbçisinin saxlandığını bildirir

Şoyqu ermənistanlı həmkarıyla görüşüb

Bu gün – mayın 28-də Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Moskvada Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyanla görüşür. RİA Novosti tərəflərin mövcud kəskin problemləri müzakirə edəcəyini yazır.

“Biz regional təhlükəsizliyi, Dağlıq Qarabağda sülhməramlı qüvvələrin işini və şübhəsiz, hazırda yaranmış bütün kəskin problemləri müzakirə edəcəyik”, – Şoyqu deyib.

Şoyqu görüşün əvvəlində deyib ki, tərəflər həm ikitərəfli formatda, həm də beynəlxalq strukturlarda – hər şeydən öncə KTMT-də hərbi əməkdaşlığı möhkəmləndirirlər.

***

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde də Azərbaycan –Ermənistan sərhədində baş verənlərdən narahatlıq bildirib.

“Ermənistan-Azərbaycan sərhədindən gələn xəbərlərdən narahatıq. Bütün həll olunmayan məsələlər danışıqlar yoluyla dinc şəkildə yoluna qoyulmalıdır. ATƏT dialoq mühitinin yaranmasından ötrü köməyə, inam yaranması üçün tədbirlər görməyə hazırdır”, – xanım Linde tvitində yazıb.

ABŞ sərhəddə baş verənlərdən narahatdır

ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən, bir neçə erməni hərbçinin saxlanmasından narahatlıq bildirib.

“Tərəfləri bu insidenti təcili və dinc yolla həll etməyə çağırırıq. Həmçinin Azərbaycanı bütün hərbi əsirləri və digər saxlananları dərhal azad etməyə çağırır, Azərbaycana saxlananların hamısı ilə humanist rəftarı nəzərdə tutan beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini xatırladırıq”, – mayın 27-də yayılmış açıqlamada deyilir.

Paşinyanın təklifi

Azərbaycanın Müdafiə Nazirliyi mayın 27-də Kəlbəcər rayonu ərazisində altı erməni hərbçisinin saxlandığını bildirir. Onların məqsədinin Azərbaycanın mövqelərinin təminat yolunu minalamaq olduğu deyilir.

Nazirlik sonradan Silahlı Qüvvələrə məxsus hərbi avtomobilin Kəlbəcər rayonunda Ermənistanla sərhəddə minaya düşdüyünü açıqlayıb, əlavə informasiya verilməyib.

Ermənistanın Baş nazir əvəzi Nikol Paşinyan isə altı hərbçinin ölkənin suveren ərazisində sərhədi sahmana saldığı, minalama işi həyata keçirdiyi zaman “oğurlandığını” bəyan edib.

Paşinyan təklif edib ki, həm Ermənistan, həm də Azərbaycan əsgərləri mübahisəli sərhəd zonasından geri çəkilsinlər, əraziyə beynəlxalq müşahidəçilər yerləşdirilsin. O, Təhlükəsizlik Şurasının iclasında deyib ki, “əgər bu təxribat çözülməsə, genişmiqyaslı toqquşmaya aparar”.

Həftənin əvvəlində Yerevanla Bakı bir-birini atəşkəsi pozmaqda ittiham edib. Ermənistan bir hərbçisinin öldürüldüyünü bildirib.

Qarşılıqlı ittihamlar

Ermənistan iddia edir ki, Azərbaycan Sünik və Geqarkunik vilayətlərində bir neçə kilometr onun ərazisinə girib. Azərbaycan isə havalar düzəldikcə mövqelərini tutduğunu bildirir.

Tərəflər bir-birini provokasiyada, gərginliyi qızışdırmaqda, yalan yaymaqda suçlayır.

Rəsmi Bakı döyüşlər dayandırılandan sonra saxlanan erməni hərbçiləri əsir hesab etmir, onların “terrorçu” olduğunu, istintaq getdiyini bəyan edir.

Sərhəddə yaşanan son gərginlik isə Ermənistanda 20 iyun parlament seçkisindən öncəyə təsadüf edir. 2-ci Qarabağ müharibəsi bitəndən sonra Paşinyan müxalifətin və küçə nümayişlərinin təzyiqi altında seçkiyə getməli oldu. Müharibənin nəticəsinə görə onu ittiham edənlər istefasını istəyirdilər.

Azərbaycan ötən il 44 günlük İkinci Qarabağ müharibəsində Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr atəşkəs razılaşması ilə döyüşlər dayandırılandan sonra Laçın dəhlizinə və qoşunların təmas xəttinə Rusiya sülhməramlıları yerləşdirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG