Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:23

Paşinyan sərhəddə beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə çağırır


Ermənistan baş nazirinin əvəzi Nikol Paşinyan mayın 27-də Geğarkunik vilayətinin Kut kəndinə (1991-ci ilədək Zərkənd) baş çəkib
Ermənistan baş nazirinin əvəzi Nikol Paşinyan mayın 27-də Geğarkunik vilayətinin Kut kəndinə (1991-ci ilədək Zərkənd) baş çəkib

Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan mayın 27-də Ermənistan-Azərbaycan sərhədinin mübahisəli sektorunda beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə çağırıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, sərhədin sözü gedən hissəsində iki ölkənin silahlı qüvvələri qarşı-qarşıya dayanıblar.

Xəbərdə deyilir ki, mayın 27-də Azərbaycan qüvvələri 6 Ermənistan əsgərini əsir götürdükdən sonra gərginlik daha da artıb.

Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının mayın 27-də keçirilən iclasında deyib ki, “əgər bu təxribat” çözülməsə “genişmiqyaslı toqquşmaya” səbəb ola bilər.

Baş nazir əvəzi deyib ki, həm Ermənistan, həm də Azərbaycan qoşunları sərhəd bölgələrindən geri çəkməli, həmin ərazilərdə Rusiya və/və ya ATƏT-in Minsk qrupuna həmsədr olan daha iki ölkənin - ABŞ və ya Fransanın müşahidəçiləri yerləşdirilməlidir.

O sərhədin Sotk-Xoznavar (Zod-Xəznəvar – red) sektorunu nəzərdə tutduğunu bildirib.

“Vəziyyət nəzarətdən çıxa bilər”

Paşinyanın sözlərinə görə belə müşahidəçilərin olması hər iki tərəfin razılaşmanın şərtlərinə əməl etməsini təmin edər.

Baş nazir əvəzinin sözlərinə görə müşahidəçilər “sərhəd məntəqələrinin müəyyənləşdirilməsindən” sonra yerləşdirilməlidir:

“Əgər Azərbaycan həqiqətən də sərhəd məntəqələrini müəyyənləşdirmək istəyirsə, o belə bir plandan imtina etməməlidir. Bu bəyanatımı rəsmi mövqe kimi Rusiyaya, ATƏT-in Minsk qrupunun həmsər ölkələrinə və Azərbaycana ünvanlayıram. Ümid edirəm ki, bu təklif qəbul olunacaq. Əgər biz bu yolla getməsək vəziyyət nəzərətdən çıxacaq”.

Azatutyun yazır ki, bu təklifə hələki nə ATƏT-in Minsk qrupundan, nə də Azərbaycandan reaksiya olmayıb.

Azərbaycan təklifini bildirib

Mayın 27-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov demişdi ki, Yerevan Bakı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası barədə danışıqlara başlamalıdır.

Rusiya ötən həftə sərhədin delimitasiya və demarkasiyası üçün birgə Ermənistan-Azərbaycan komissiyasının yaradılmasını təklif etmişdi.

Ermənistan tərəfi iddia edir ki, Azzərbaycan silahlı qüvvələri mayın 12-14-də Geğarkunik və Syunik vilayətlərində bir neçə kilometr Ermənistan ərazisinə daxil olublar.

Yerevan birgə komissiyanın yaradılması üçün ön şərt kimi Azərbaycan qüvvələrinin Ermənistan ərazisini tək etməsini tələb edir.

Azərbaycan tərəfi bu iddianı təkzib edir və bildirir ki, sərhədin müəyyənləşdirilməsini həyata keçirir.

Paşinyan sərhəddəki vəziyyətin düzəlməsi üçün plan təqdim edəcəyini deyir
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Sərhəd mübahisəsinə kənar ekspertlər qarışa bilərmi?
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri üçtərəfli bəyanat imzalayıblar.

Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG