Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:05

Amerikalı ekspert: ‘Tək Rusiya vasitəçilik etsə, mübahisə uzanacaq’


Sərhəd mübahisəsinə kənar ekspertlər qarışa bilərmi?
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Sərhəd mübahisəsinə kənar ekspertlər qarışa bilərmi?

Azərbaycan Ermənistan sərhədində yaşanan problem necə çözülə bilər? Sərhədlərin dəqiqləşdirilməsinə başqa ölkələrdən, məsələn, ABŞ və Avropalı ekspertlər də cəlb oluna bilərmi?

ABŞ Dövlət Departamentində baş məsləhətçi işləmiş, amerikalı siyasi şərhçi Pol Qobl düşünür ki, bu prosesə təkcə Rusiya vasitəçilik eləsə, problem bitib-tükənməyən sərhəd mübahisəsinə çevrilə bilər:

“Mən ümid edirəm ki, ən azından Azərbaycan əmin olacaq ki, ABŞ-ın burada iştirakı gələcəkdə hər hansı problem yaranmamasına zəmanət olacaq. Çox istərdim ki, həm Azərbaycan, həm də Ermənistan bunu qəbul edəydilər. Mən sadəcə olaraq, Rusiyanın bu məsələdə həqiqətən də səmimi vasitəçi olacağını görmürəm. Amma düşünürəm ki, ABŞ burada ciddi rol oyana bilər”.

Pol Qoblun fikrincə, sovet dövründə Azərbaycan və Ermənistan sərhədləri ilə bağlı iki fərqli xəritənin olması mühabisəni daha da qızışdırır. Tərəflərin hərəsi bir xəritəni əsas götürür. Ekspert hesab edir ki, Azərbaycan və Ermənistan sərhədlərin müəyyənləşdirilməsi məsələsini qısa müddətdə həll etmək istəyirlərsə, mütləq beynəlxalq ekspertlərin dəstəyindən yararlanmalıdırlar. Bu onları həm də gələcək təxribtlardan qoruya bilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 19-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin toplantısında deyib ki, Moskva Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsində vasitəçiliyə hazırdır.

O bildirib ki, Ermənistan və Azərbaycanla birgə komissiya yaradıla və Rusiya burda məsləhətçi və ya vasitəçi kimi iştirak edə bilər. Bir neçə gün əvvəl Ermənistan mediasında Rusiyanın iştirakilə belə bir sənədin hazırlanması haqda məlumatlar yayılmışdı.

Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan sənədin detallarını açıqlamasa da, bildirmişdi ki, bu sənəd Ermənistanın maraqlarına cavab verir.

Bu problem keçmiş sovet respublikalarının çoxunda var

Amma tərəflər nə bu sənədin detalları haqda, nə də sərhədlərin müəyyənləşdirilməsinə digər ölkələrin, məsələn, ABŞ-ın da qoşulması haqda rəsmi açıqlama verməyiblər.

Mayın 27-də Nikol Paşiyan bildirib ki, o Azərbaycanla sərhədin mübahisəli sektorunda brynəlxalq müşahidəçilərin yerləşdirilməsini istəyir. Onun fikrincə vəziyyət indi kimi qalarsa, genişmiqyaslı müharibə təhlükəsi yarana bilər.

Yerevandakı Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskandaryan düşünür ki, sərhədlərin müəyyənləşdirilməsinə qoşulan ekspertlərin hansı ölkədən olması önəmli deyil. Önəmli olan tərəflərin bu problemi həll etmək istəyirdir:

“Sərhədinin delimitasiya və demarkasiyası olduqca çətin bir prosesdir. Demək olar ki, bu proses keçmiş sovet ölkələrinin bir çoxunda yekunlaşmayıb. Hələ də Rusiya və Estoniya, Rusiya və Ukrayna, Ukrayna və Moldova, Qırğızıstan və Tacikstanın sərhədləri delimitasiya olunmayıb. Cənubi Qafqazda bir ölkənin də sərhədlərinin müəyyənləşdirilməsi tam yekunlaşmayıb. Bircəsinin belə... Azərbaycanla Gürcüstan sərhədi, Gürcüstanla Ermənistan sərhədi hələ də delimitasiya olunmayıb. Bu uzunmüddətli və çətin bir prosesdir. Ümumiyyətlə, sovet dövründə bir çox xəritələr olub, sərhədlər tez-tez dəyişdiyindən bu xəritələr bir-birindən fərqlidir. Mən düşünürəm ki, Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi məsələsində problem ekspertlərin milliyyətindən asılı deyil, problem tərəflərin xoş niyyətindən aslıdır. 44 günlük Qarabağ müharibəsindən sonra gördük ki, Azərbaycanın niyyəti heç də xoş deyil”.

Aleksandr İskandaryan bu baxımdan da ABŞ-dan və ya Avropa ölkələrindən ekspertlərin də cəlb edilməsi ilə problemin çözüləcəyinə inanmır.

“Qərbin fəal iştirakını artıq görmüşük…”

Bakıdakı siyasi şərhçi Şahin Hacıyevsə hesab edir ki, sərhədlərin müəyyənləşdirilməsi prosesinə hansısa 3-cü tərəfin vasitəçiliyinə Azərbaycan və Ermənistan hökumətləri icazə verməlidir:

“Amma məsələ burasındadır ki, indiyə qədər Qərb dövlətləri hər hansı konkret təkliflərlə çıxış etməyiblər. Onların mövqeləri yalnız çağırış etmək olub. Məsələni, sülh yolu ilə həll etmək çağırışları və sair... Odur ki, onların iştirakı real görünmür. Əslində onların özləri də buna belə ciddi bir can atmırlar. Onların fəal iştirakını da biz görümürük. Ona görə də bu proseslərdə onların vasitəçiliyi elə də real görünmür”.

Şahin Hacıyev hesab edir ki, 10 noyabr sazişinə əsasən kommunikasiya xətlərinin açılmasında Rusiya özü də maraqlıdır. Ona görə də o hesab edir ki, Rusiya Ermənistana təzyiqlər edərək, sərhəd problemini yoluna qoya bilər.

Ekspert xəbərdarlığı: Gədəbəy və Qazaxla sərhədə görə Ermənistanla mübahisə qızışa bilər
Gözlə

No media source currently available

0:00 0:05:00 0:00

Mayın 12-dən Azərbaycan - Ermənistan sərhədində gərginlik artıb. Yerevan iddia edir ki, Azərbaycan ordusu dövlət sərhədini pozub və Ermənistan ərazisində postlar qurur. Bakı isə bunun yalan olduğunu, hələ sovet hakimiyyəti illərindən mövcud olan xəritələr əsasında dövlət sərhədini möhkəmləndidiyini deyir.

Hələlik nə Azərbaycan, nə də Ermənistan hökuməti sərhədlərin müəyyənləşdirilməsi zamanı hansı xəritələrdən istifadə edildiyini rəsmən açıqlamayıblar. Amma xəritələr müəyyənləşdirilərkən, öz əllərində olan xəritənin daha doğru olduğunu bildirirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG