Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:52

Rusiya Google şirkətinə bir gün vaxt verir


Yanvar;n 31-də Aleksey Navalnıya dəstək aksiyasında saxlananlar
Yanvar;n 31-də Aleksey Navalnıya dəstək aksiyasında saxlananlar

Rusiyada kommunikasiyalara nəzarət edən dövlət qurumu - Roskomnadzor Google şirkətinə onun qadağan etdiyi materialların internetdən silinməsi üçün 24 saat vaxt verib.

Əks halda Rusiya hökuməti cəza olaraq bu axtarış mühərrikinin sürətini azalda bilər.

Xəbər verilir ki, əgər Google sözü gedən materialları 24 saat ərzində silməzsə, üstəlik 4 milyon rubl (54,300 dollar) cərimə ödəməli olacaq.

Roskomnadzor bildirir ki, Google şirkətinin mülkiyyətində olan YouTube platforması Moskvanın qadağan etdiyi 5 minədək videonu silməkdən imtina edib.

Təşkilat qeyd edir ki, bunlardan 3500-də “ekstremizmə çağırışlar” var.

Roskomnadzorun məlumatına görə videolardan 900-nün silinməsinə dair məhkəmə qərarları çıxarılıb.

26 min bildiriş

Ümumiyyətlə isə Roskomnadzor Google şirkətinin rəhbərliyinə “qanunsuz informasiyaların” silinməsi üçün 26 min bildiriş verib.

Roskomnadzor bildirir ki, Google tələblərə tabe olmamaqda davam etsə, onun üzərindəki cərimə onqat artırılacaq.

Google Russia hələlik Roksomnadzorun bu qərarı ilə bağlı heç bir açıqlama verməyib.

Rusiya indiyədək qadağan olunmuş materialları silmədiyinə görə ABŞ-ın Twitter platformasinın sürətini azaldıb.

Roskomnadzorun iddiasına görə silinməsi istənən videolarda narkotik maddələrin əldə olunması yolları, heyvanların qəddarcasına öldürülməsi, zorakılığa çağırış, habelə terrorçu və ekstremist təşkialtların materialları var.

Roskomnadzor sözü gedən internet resurslarının Rusiyadan verilən axtarışla tapılmamasını istəyir.

Təşkilat qeyd edir ki, Rusiyada qadağan olunmuş materiallara bağlı linklərin orta hesabla 20-30 faizi silinməyib.

Tsarqrad qovğası

Mayın 20-də Google şirkətinin Rusiya filialı Rusiyanın Tsarqrad TV kanalının YouTube platforması ilə yayımının bərpasına dair Rusiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Sözü gedən millətçi kanalın keçmiş redaktoru kremlyönlü şərhçi Aleksandr Dugindir.

Məhkəmə qərarına əsasən Google ya Tsarqrad kanalınının yayımını bərpa etməli, ya da günə 100 min rubl (1360 dollar) cərimə ödəməlidir.

Üstəlik şirkət məhkəmə qərarının icrasından boyun qaçırarsa cərimənin məbləği hər həftə ikiqat artırıla bilər.

Google hələ ötən ilin iyulunda bildirmişdi ki, sözü gedən kanal sanksiya və ticarət qaydalarını pozduğuna görə qadağan olunub.

Yanvar və fevral aylarında Rusiyada keçirilən izdihamlı antihökumət yürüşlərinin ardınca Facebook, YouTube bə TikTok kimi platformalarda nəhəng sayda videolar dərc edilib.

Rusiyada 2019-cu ildə qəbul edilmiş “suveren internet” qanunu hökumətə internet axınını məhdudlaşdırmaq üçün geniş səlahiyyətlər verir.

Bu qanuna əsasən Moskva “fövqəladə vəziyyətlərdə” ölkə ərazisində qlobal internet şəbəkəsini ümumiyyətlə bağlaya bilər.

Moskva bundan əvvəl dəfələrlə xəbərdarlıq edib ki, antihökumət etirazları ciddi miqyas alarsa, o bu təbirə əl atacaq.

XS
SM
MD
LG