Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 12:47

Rusiyada Apple 12 milyon dollar cərimə olundu


Rusiyada Federal Antiinhisar Xidməti Apple korporasiyasını ayfon istifadəçiləri barədə məxfi məlumatı toplamağa imkan verən tətbiqi qadağan etdiyinə görə 906 milyon 299 min rubl (12 milyon dollar) cərimə edib.

Xidmət hesab edir ki, Apple öz istehsalı olan telefonlar üçün tətbiqlərin yayılması bazarında inhisarçı mövqedədir.

Korporasiyadan bu barədə şikayəti Rusiyada antivirusların və kompüter təhlükəsizliyi proqramlarının istehsalçısı “Kasperski Laboratoriyası” verib.

Şirkətin şikayətində deyilirdi ki, Apple ondan valideyn nəzarəti tətbiqinin funksionallığını azaltmağı tələb edib.

Bu tətbiq vasitəsi ilə valideynlər uşaqlarının harada olmasından, ekran qarşısında nə qədər vaxt keçirməsindən və hansı internet saytlarına daxil olmasından xəbər tuta bilirlər.

Apple 2019-cu ilin aprelində bildirmişdi ki, belə proqramların istehsalçılarına məhdudiyyət istifadəçiləri təhlükədə qoymamaq üçün tətbiq edilir.

Çünki valideynlərə uşaqlarına nəzarət imkanı verən tətbiqilərə üçüncü tərəf də müdaxilə edə bilər.

Tətbiq üçüncü tərəfə də “xidmət” edə bilər

Korposrasiyanın bəyantlında deyilirdi:

"Uşaqlarının təhlükəsizliyindən və onların internet fəaliyyətindən narahat valideynlər məxfilik və təhlükəsizlik məsələsində güzəştə getməməlidirlər. Sizdən başqa heç kim sizin uşağınızın davranışına müdaxilə edə bilməməlidir”.

Federal Antiinhisar Xidməti 2019-cu ilin avqustunda Apple korposrasiyasına “pozuntunun aradan qaldılmasını” tapşırmışdı.

Xidmət korporasiyadan tələb edirdi ki, o öz telefonlarında kənar istehsalçıların tətbiqlərindən istifadəni qadağan edən qaydanı ləğv etsin.

Bundan başqa Apple şirkətindən tələb olunurdu ki, valideyn nəzarəti tətbiqlərinin istehsalçısına həmin tətbiqləri ayfonlarda funksionallığın tam saxlanması ilə yaymaq imkanı verilsin.

Apple bildirir ki, bu rəsmi göstərişdən məhkəməyə şikayət edilib və işə baxıldığı müddətdə ona əməl olunmayacaq.

İnternetə nəzarət etmək fəndi

Rusiya antiinhisar xidmətinin bu addımından əvvəl ölkədə smartfonların, tabletlərin və kompüterlərin satışınadək onlarda Rusiya proqramlarının yerləşdirilməsini icbari edən ziddiyyətli qanunun icrasına başlanmışdı.

Rusiya hökuməti bundan məqsədin yerli texnologiyaları reklam və inkişaf etdirmək olduğunu iddia edir.

Əslində isə Rusiya internetə çıxışı olan cihazların hamısında əvvəlcədən Rusiya firmalarının proqramlarının yerləşdirilməsinə və bununla da virtual aləmə tam nəzarət etməyə çalışır.

Son vaxtlar Qərb texnologiya şirkətləri Rusiyada ifrat çək-çevriə məruz qalırlar.

Bütün bunlar guya azyaşlıları pis təsirlərdən qorumaq niyyəti kimi təqdim olunur.

Twitter platforması hakimiyyətin qanunsuz saydığı kontentlərin silinməsindən imtina etdiyinə görə sürəti azaldılıb.

Bu arada Google, Facebook və TikTok da təzyiqlərlə üzləşir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG