Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 11:11

Zeman 1999-cu ilin NATO bombardmanına görə Serbiyadan üzr istəyir


Serbiya və Çexiya prezidentləri Aleksandar Vuciç və Miloş Zeman
Serbiya və Çexiya prezidentləri Aleksandar Vuciç və Miloş Zeman

Çexiya prezidenti Miloş Zeman 1999-cı ildə keçmiş Yuqoslaviyanın NATO tərəfindən bombardman edilməsinə görə üzr istəyib.

Çexiya bu hava reydində iştirak edərkən Zeman baş nazir vəzifəsini tuturdu.

O vaxt 78 gün davam edən hava zərbələri Serbiya qoşunlarının Kosovaya müdaxiləsinin qarşısını almış və iki il davam qanlı qarşıdurmaya son qoymuşdu.

Zeman mayın 18-də Çexiyaya səfərdə olan Serbiya prezidenti Aleksandar Vuciçə deyib ki, o bu fürsətdən keçmiş Yuqoslaviyanın bombardman edilməsinə görə üzrxahlıq etmək üçün istifadə edir.

“Tövbə vicdan əzabından xilas edir”

76 yaşlı Zeman deyib ki, o vaxt Çexiya bu əməliyyatın qarşısının alınması üçün cidd-cəhdlə tərəfdar axtarırdı, alikin buna nail ola bilmədi:

"Cəsarətimiz çatmadı. Mən bağışlanmağımı, ağrısı uzun müddətdir davam edən bu yaranın sağalmasını istəyirəm. Çünki tövbə vicdan əzabından xilas edir”.

Vuciç deyib ki, “serblər bundan sonra hər zaman Zemana minnətdar olacaqlar”, çünki indiyədək həmin bombardman haqqında onun indi dediklərini heç kəs dilə gətirməyib.

Miloş Zeman 1998-2002-ci illərdə Çexiyanın baş naziri olub, 2013-cü ildə isə ölkəsinin prezidenti seçilib.

O özünün Rusiyaya dost münasibəti ilə tanınır.

Kosovonun müstəqilliyi

NATO-nun bu münaqişəyə müdaxiləsi Kosova tərəfindən alqışlanır, çünki alyansın bombardmanı qanlı Kosovo münaqişəsinə son qoyub.

İki il davam edən bu qarşıdurmada 10 minədək insan həyatını itirib.

Kosovo 2008-ci ildə müstəqilliyini elan etsə də, Serbiya bu müstəqilliyi tanımaqdan imtina edir.

Avropa İttifaqının əksər üzvləri və Birləşmiş Ştatlar Kosovonun müstəqilliyini tanıyıblar.

Lakin Serbiyanın Çin və Rusiya kimi müttəfiqləri vaxtilə Serbiyanın bir hissəsi olmuş bu bölgənin müstəqiliyini tanımırlar.

Onların arasında Azərbaycan da var.

XS
SM
MD
LG