Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 15:32

Şimali Makedoniya Rusiya diplomatını ‘persona non grata’ elan edib.


imali Makedoniyanın Xarici İşlər Nazirliyi
imali Makedoniyanın Xarici İşlər Nazirliyi

Ölkə Moskvaya bu barədə xəbərdarlığı bir həftə əvvəl etmişdi. Həmin məlumatda deyilirdi:

"Şimali Makedoniyanın Xarici İşlər Nazirliyi Diplomatik Münasibətlərə dair Vyana Konvensiyasının 9-cu maddəsinə əsasən Rusiya Federasiyası səfirlyinin bir əməkdaşını arzuolunmaz şəxs elan edib”.

Məlumatda bu bildirilir ki, Rusiya Federasiyasının Şimali Makedoniyadakı səfiri Sergey Bazdnikin mayın 14-də ölkə Xarici İşlər Nazirliyinə çağırılıb və ona sözü gedən diplomata ölkəni tərk etmək üçün 7 gün vaxt verildiyinə dair nota təqdim olunub.

Bəyanatda bundan başqa təfərrüatlar verilməyib.

Sözü gedən Vyana Konvensiyasının 9-cu maddəsinə görə ev sahibi olan ölkə başqa bir ölkənin diplomatik missiyasının hər hansı bir üzvünü istənilən vaxt və istənilən səbəblə persona non grata elan edə bilər.

Həmrəylik addımı

Mərkəzi və şərqi Avropada keçmiş sovet blokuna daxil və hazırda Avropa İttifaqı və NATO-ya üzv bir neçə ölkə Rusiya diplomatlarının ölkədən çıxarılması barədə qərar qəbul edib.

Moskva bu demarşlara sözü gedən ölkələrin diplomatlarını qovmaqla simmetrik cavab verib.

Rusiya diplomatlarının qovulması prosesi Çexiyadan başlanıb.

Praqa ötən ay Rusiya kəşfiyyatını 2014-cü ildə ölkənin silah anbarlarından birində baş vermiş partlayışa görə ittiham etdikdən sonra Rusiyanın 20-dək diplomatını ölkədən çıxarıb.

Çexiya Avropa və NATO-ya daxil başqa ölkələri onunla həmrəylik əlaməti olaraq Rusiya diplomatlarını persona non grata elan etməyə çağırmışdı.

Moskva Çexiya anbarında baş vermiş partlayışla hər hansı əlaqəsini danır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG