Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:41

Zeman Rusiyanın ölkələri ‘dost-düşmənə’ ayırmasını ‘axmaqlıq’ adlandırıb


Miloş Zeman
Miloş Zeman

Çexiya prezidenti Miloş Zeman Rusiyanın kəşfiyyat mübahisəsinə görə onun ölkəsini “düşmən dövlət” kateqoriyasına daxil etməsini “axmaqlıq” adlandırıb.

İki ölkə arasında münasibətlər aprel ayında Çexiya hökuməti 2014-cü ildə ölkənin silah anbarlarından birində baş vermiş partlayışa görə Rusiya hərbi kəşfiyyatını ittiham edəndən bəri pisləşib.

Bunun ardınca Çexiya 20-dək Rusiya diplomatını casus kimi ölkədən xaric edib.

Moskva buna cavab olaraq Çexiya diplomatlarını “persona non grata” elan edib.

Rusiya mayın 14-də Çexiyanı Birləşmiş Ştatlarla birlikdə özünün “dost olmayan” ölkələr siyahısına daxil edib.

Moskva başqa ölkələri də Rusiyaya qarşı dost olmayan hərəkətlərə yol verdikləri təqdirdə bu siyahıya salına biləcəkləri ilə hədələyib.

“Dost ola bilmirsənsə, heç olmasa…”

Moskvanın yeni tətbiq etdiyi qaydaya görə Birləşmiş Ştatlar Rusiyadakı missiyalarına yerli sakinləri işə götürə bilməyəcək.

Bundan başqa Çexiya səfirliyinə yerlilərdən yalnız 19 nəfəri işə götürmək icazəsi verilib.

Rusiya ilə yaxşı münasibətlərə tərəfdar olan prezident Zeman mayın 16-da Frekvence 1 radiostansiyasına müsahibəsində “düşmənçiliyin yaxşı bir iş olmadığını” deyib:

“Bu Rusiya tərəfindən bir axmaqlıqdır. Çünki keçmiş dostlardan düşmən düzəltmək səhvdir. Əgər dostluq yoxdursa, heç olmasa qoy ən azı düzgün münasibətlər olsun”.

Zemanın bu bəyanatından bir gün əvvəl Avropa İttifaqı bildirmişdi ki, Rusiyanın Birləşmiş Ştatları və Çex Respublikasını “qeyri-dost” ölkə kimi səciyyələndirmək qərarının heç bir əsası yoxdur.

Avropa İttifaqı Çexiya ilə həmrəydir

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell mayın 15-də deyib ki, Brüssel Moskvanın ona qarşı guya “qeyri-dost” hərəkətlərə yol verildiyinə dair iddialarını rədd edir.

"Biz Rusiyanı öz qərarına yenidən baxmağa və onsuz da gərgin münasibətlərimizi daha da korlamamağa çağırırıq. Avropa İttifaqı öz mövqeyini partyorları ilə koordinasiya etməkdə davam edəcəkdir”.

Borrell bəyanatına belə davam edib:

"Biz Avropa İttifaqı üzvü olan Çex Respublikası ilə, habelə Birləşmiş Ştatlarla tam həmrəylik ifadə edir və Rusiyanı Vyana Konvensiyasına tam hörmət etməyə çağırırıq”.

Rusiyanın sözü gedən qərarını Avropa Şurasının rəhbəri Şar Mişel də tənqid edib.

O deyib ki, “Moskva diplomatik münasibətləri sarsıdan daha bir qızışdırıcı addım atıb”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG