Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:22

Bayden vergi bəyannaməsini dərc edir


Co Bayden həyat yoldaşı Cill ilə
Co Bayden həyat yoldaşı Cill ilə

Baydenin vergi bəyannaməsinə görə, müəllimə olan həyat yoldaşı Cill ilə birlikdə 2020-ci ildə 10 xeyriyyə qurumuna 30 min 704 dollar ianə ediblər

ABŞ Prezidenti Co Bayden 2020-ci il üçün vergi bəyannaməsini dərc edib. Bununla da o, sələfi Donald Trampın əksinə gedərək çoxdankı ənənəni bərpa edib.

Bəyannaməyə görə, Bayden və həyat yoldaşı ötən il 607 min 336 dollar qazanıblar, 25.9 faiz gəlir vergisi ödəyiblər. Sənəd mayın 17-də açıqlanıb, həmin gün amerikalıların vergi bəyannamələrini açıqlaması üçün son tarixdir.

Tramp ənənəsi

Bayden seçki kampaniyası zamanı şəxsi gəlirləri məsələsində şəffaf olacağını deyib. O, bir neçə ilin vergi bəyannaməsini açıqlamışdı. Kampaniya zamanı o, keçmiş prezident Donald Trampı bəyannamə açıqlamadığına görə tənqid edib, seçki debatlarının birində “Nəyi gizlədirsiz?” deyə sual edib.

Onillər boyunca ABŞ prezidentləri vergi sənədlərini dərc ediblər. Bu sənəddə gəlir, gəlirin mənbəyi, xeyriyyə ianələri kimi məsələlər yer alır. Tramp isə bu ənənəni pozub.

Daşınmaz əmlak maqnatı və keçmiş televiziya realiti şou ulduzu olan Tramp deyirdi ki, ABŞ vergi orqanlarının auditi onun sənədi açıqlamasını əngəlləyir.

“The New York Times” sentyabrda həmin sənədləri əldə edərək Trampın 2016 və 2017-ci illərdə cəmi 750 dollar federal vergi ödədiyini iddia etdi.

Tramp isə deyirdi ki, digər vergi formasında milyonlarla dollar ödəyib, vergi kreditləri və başqa yollarla gəlir vergisini azalda bilib.

Xeyriyyəyə ayrılan pullar

Baydenin vergi bəyannaməsinə görə, müəllimə olan həyat yoldaşı Cill ilə birlikdə 2020-ci ildə 10 xeyriyyə qurumuna 30 min 704 dollar ianə ediblər. 10 min dollarlıq ən böyük ianə isə Bo Bayden Fonduna edilib. Uşaqlarla pis rəftarla mübarizə məqsədilə yaradılmış bu fond prezidentin mərhum oğlunun şərəfinə adlandırılıb.

Vitse-prezident Kamala Harris və həyat yoldaşı Duqlas Emhoff da 2020-ci il üçün vergi bəyannamələrini açıqlayıblar. Onlar ötən il qazandıqları 1 milyon 695 min 225 dollardan 36.7 faizlik vergi ödəyiblər. 27 min dollar isə xeyriyyəyə köçürülüb.

Harris vitse-prezidentlikdən öncə Kaliforniyadan senator olub. Emhoff isə Los Ancelesdə vəkil işləyib. O hazırda Corctaun Universitetində hüquq dərsi deyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG