Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 23:44

ABŞ vaksinlərin patent məhdudiyyətlərini yumşaltmağı dəstəkləyir


Arxiv fotosu
Arxiv fotosu

Dərman istehsalçıları deyirlər ki, koronavirus vaksinlərinin hazırlanması mürəkkəb məsələdir, patent qaydalarını yüngülləşdirməklə bu işi sürətləndirmək olmaz

Bayden administrasiyası mayın 5-də COVID-19-a qarşı vaksinlərin patent məhdudiyyətlərinin yumşaldılmasına dəstəyini bildirib.

Birləşmiş Ştatların Ticarət Nümayəndəsi Katerin Tai Ümumdünya Ticarət Təşkilatının (ÜTT) danışıqlarında hökumətin mövqeyini açıqlayıb. Daha çox ölkənin vaksinlərin ümumi versiyalarını hazırlaya bilməsindən ötrü qlobal ticarət qaydalarının yüngülləşdirilməsi üzrə danışıqlar aparılır.

“Qlobal səhiyyə böhranıdır, COVID-19 pandemiyasının fövqəladə şərtləri fövqəladə tədbirlər görülməsini istəyir”, – Tai bildirib.

Fərqli reaksiyalar

Ancaq nümayəndə xəbərdarlıq edib ki, ÜTT qaydalarının yumşaldılmasından ötrü gərəkən qlobal “konsensus”a nail olmaq vaxt aparacaq.

Dünya Səhiyyə Təşkilatının başçısı Tedros Adhanom Gebreyesus Birləşmiş Ştatların açıqlamasını COVID-19-la mübarizədə “böyük məqam” adlandırıb.

Beynəlxalq Farmaseptik İstehsalçılar və Assosiasiyalar Federasiyası isə narazılığını bildirib.

“Dəfələrlə demişik ki, qaydaların yumşaldılması kompleks problemin sadə, amma yanlış cavabıdır”, – deyən qurumun mövqeyincə, bu yumşalma nə istehsalı artıracaq, nə də qlobal səhiyyə böhranı ilə müqayisədə gərəkən praktik həll yolları təqdim edəcək.

Dərman istehsalçıları deyirlər ki, koronavirus vaksinlərinin hazırlanması mürəkkəb məsələdir, patent qaydalarını yüngülləşdirməklə bu işi sürətləndirmək olmaz. Onların deməsinə görə, qaydaların yumlaşdılması gələcək innovasiyaya zərbə vuracaq.

Hindistan, Nepal

Hazırda dünyada vaksinlərə və digər tibbi ləvazimata ən çox ehtiyacı olan ölkə Hindistandır. Mayın 6-da ölkədə rekord- 3 min 980 ölüm və 412 mindən çox yoluxma aşkarlanıb. Səhiyyə rəsmiləri indiki dalğanın pik həddinə bir neçə həftəyə çatmaq mümkün olmayacağını deyirlər.

Hökumətin aparıcı elmi müşaviri K. Vijay Ragavan deyib ki, 1.3 milyard əhalisi olan ölkədə vəziyyət daha da pisləşə bilər, “yeni dalğalara hazırlaşmalıyıq”.

Artıq ABŞ, Fransa, Britaniya, Rusiyadan oksigen ehtiyatı, digər avadanlıq göndərilməkdədir. Amma ölkənin daha çox oksigenə ehtiyacı var.

Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Cənubi Asiyada “pisləşməkdə olan insan fəlakəti”ni önləməkdən ötrü “təcili” beynəlxalq tədbirlər görməyə çağırıb.

Təşkilat Nepaldakı duruma diqqət çəkib, bir çox xəstəxanaların COVID-19 xəstələri ilə dolduğunu, gündəlik yoluxmaların bir ay öncəylə müqayisədə 57 dəfə çox olduğunu vurğulayıb.

Hindistanda aşkarlanmış ştamm artıq İspaniyada peyda olub. Səhiyyə naziri Karolina Darias son günlər bu ştamma 11 yoluxmanın qeydə alındığını bildirib. Nazir mayın 6-da Hindistana oksigen ehtiyatı və nəfəs aparatları daxil tibbi təchizat göndəriləcəyini açıqlayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG