Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:25

Azərbaycan  Ermənistanın  KTMT-yə müraciətinə münasibət bildirib


Ceyhun Bayramov, arxiv foto
Ceyhun Bayramov, arxiv foto

Mayın 15-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Tacikistandan olan həmkarı Sirociddin Muhriddin ilə telefon danışığı olub.
Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.
Qurumdan bildirilib ki, Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı həmkarına məlumat verib. Açıqlamaya görə, O sərhəd qüvvələrinin Azərbaycana aid mövqelərdə yerləşdiyini və bu prosesin adi rejimdə, sistematik qaydada icra edildiyini qeyd edib :

"Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri ilə bağlı, bundan öncə də bəzi narazılıqların olduğu, lakin onların üçtərəfli bəyanatı imzalayan tərəflərin iştirakı ilə danışıqlar yolu ilə həll edildiyi qarşı tərəfin diqqətinə çatdırılıb".

Məlumata görə, sərhəddəki son gərginliklə bağlı Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin dərhal bölgəyə ezam edildiyi və qarşı tərəfin sərhədçiləri ilə danışıqların aparıldığı qeyd olunub :

"Nazir Ceyhun Bayramov Ermənistanın bu məsələ ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ( KTMT ) müraciətinin heç bir əsasın və bunun Ermənistan rəhbər dairələri tərəfindən məsələnin siyasiləşdirmək cəhdindən başqa bir şey olmadığını KTMT-ya hazırda sədrlik edən Tacikistanın Xarici İşlər nazirinin diqqətinə çatdırıb".
Qurumdan qeyd olunub ki, Ceyhun Bayramov bu kimi gərginliklərin siyasi və danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayıb.

Xatırlatma

Ermənistanın rəsmi qurumlarının bildirdiyinə görə, mayın 12-də Azərbaycanın silahlı qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə onların ərazisinə daxil olub. Bu ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT vəya rus dilində ODKB) daimi və səlahiyyətli nümayəndəsi Viktor Biyaqovun quruma Ermənistan-Azərbaycan sərhədində insident barədə məlumat verdiyi açıqlanıb. KTMT-ya Ermənistandan başqa, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir.
Ancaq Azərbaycan tərəfi baş verənləri sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır.

Ötən il 44 günlük müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğalından azad edib. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG