Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 18:35

'Gülüş ustası' vəfat edib


A.Quliyev

Aktyor Arif Quliyev vəfat edib. O, bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxduğundan "Yeni Klinika" tibb müəssisəsində müalicə olunurdu.

Vəziyyəti ağır olan aktyorun süni tənəffüs aparatına qoşulduğu, ağciyərlərinin 90 faizinin buzlaşdığı deyilirdi.

Arif Quliyev 1950-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulub. 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirib.

Televiziya tamaşalarında, teatr səhnələrində müxtəlif səpgili və fərqli xarakterli obrazlar yaradıb. Bir sıra Azərbaycan filmlərində də rol alıb. Amma, əsasən, komediya aktyoru kimi tanınıb, "güləş ustası" adlandırılıb.

Arif Quliyev: "Gülmək həm də cəsarətdir"
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

XS
SM
MD
LG