Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 22:40

Putin Jirinovskiyə 1-ci dərəcəli ‘vətənə xidmət’ ordeni verib


Putin Jirinovskini mükafatlandırır, arxiv foto

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski "Vətən qarşısında xidmətlərə görə" 1-ci dərəcəli medalı ilə təltif edilib. Məlumata görə, Jirinovskinin 75 illiyi ilə əlaqədar aprelin 25-də Rusiya prezidenti V. Putin fərman imzalayıb.

Sənəddə deyilir ki, bu mükafat LDPR liderinə Rusiya dövlətçiliyinin möhkəmlənməsi, parlamentarizimin inkişafı və qanunların qəbulundakı fəallığına görə verilir.

Bundan əvvəl Jirinovski "Vətən qarşısındakı xidmətlərinə görə" IV, III və II dərəcəli medallları ilə təltif edilib.

Sentyabrın 19-da Rusiya Dövlət Dumasına seçkilər keçiriləcək. Ötən ilin noyabrında yayılan məlumata görə, hazırda parlamentdə təmsil olunan 3 partiya (Kommunist, Liberal Demokrat və «Ədalətli Rusiya» partiyaları -yenidən seçki siyahılarına başçılıq etmək niyyətindədirlər.

Bu ilin əvvəlində "Ədalətli Rusiya" partiyası iki siyasi partiya ilə birləşib. Siyasi bloka "Ədalətli Rusiya" partiyasından Sergey Mironov rəhbərlik edir.

Bir müddət əvvəl Jirinovski Rusiya kommunistlərinin lideri Gennadi Züqanovun Kommunist partiyası rəhbərliyindən gedəcəyini bildirsə də aprelin 24-də məlum olub ki, Züqanov yenidən partiyanın sədri seçilib.

XS
SM
MD
LG