Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Türkmən fəal Türkiyədə qısnandığını deyir


Dursoltan Taqanova
Dursoltan Taqanova

Türkmənistan hökumətinin tənqidçisi və siyasi fəal Dursoltan Taqanova hazırda məskun olduğu Türkiyədə qısnandığını bildirib.

Taqanova qeyd edib ki, bu hadisələr Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Aşqabada səfəri ərəfəsində baş verir.

Türkmən fəal aprelin 20-də Moskvada mənzillənən Memorial insan haqları qrupuna deyib ki, ötən həftə onu Türkiyənin miqrasiya xidmətinə çağırıblar.

Taqanovanın sözlərinə görə burada ona siyasi fəaliyyətini dayandırmazsa məskunluqla bağlı problemlər yaşayacağına dair xəbərdarlıq edilib.

Fəal bunu da deyib ki, aprelin 15-də keçirilən söhbət zamanı Türkiyə miqrasiya rəsmisi ona qohumları, daimi ünvanı, siyasi sığınacaq üçün müraciət etməsi və Türkmənistan hökumətini tənqid etməsinin səbəbləri barədə suallar verib:

"Onlar mənə dedilər ki, internetdəki fəaliyyətimi dayandırım. Türkiyə hökuməti bunu tələb edir. Bildirdilər ki, onlar mənim məskunluğumla bağlı problem yaranmasını istəmirlər”.

Taqanova əlavə edib ki, Türkiyə rəsmiləri onun başqa blogerlərlə yazışmalaırını monitorinq etdiklərini bildiriblər.

O bunu da deyib ki, Türkmənistandakı iqtisadi vəziyyət barədə bloqunu paylaşdıqdan sonra, bir neçə gün əvvəl TikTok hesabı bağlanıb.

Deportasiya hədəsi

Ötən iyul ayında Taqanova Türkmənistandan olan onlarca başqa soydaşı ilə birlikdə karantın qaydalarını pozduğuna görə İstanbulda həbs olunub.

Taqanova bildirib ki, onlar həmin gün İstanbuldaklı Türkmənistan konsulluğunun qarşısında Aşqabadın koronavirus pandemiyasına qeyri-adekvat münasibətinə etiraz aksiyası keçirməyi, prezident Qurbanqulı Berdımuxammedovun istefasına çağırmağı planlaşdırırdılar.

O gün saxlananların əksəriyyəti beş saatdan sonra sərbəst buraxılsa da, Taqanova polis məntəqəsində saxlanıb, beləki Türkiyə hakimiyyət orqanları onu Türkmənistana deportasiya etmək istəyirdi.

O yalnız oktyabr ayında, 11 insan haqları qrupunun Türkiyə hökumətinə çağırışlarından sonra azad edilib.

İnsan haqları müdafiəçiləri Taqanovanın Türkmənistanda işgəncələrə məruz qala biləcəyini deyirdilər.

Ötən il Türkiyə, Birləşmiş Ştatlar və Şimali Kiprdə yaşayan Türkmənistan vətəndaşları Berdımuxammedova qarşı bir neçə etiraz aksiyaları keçiriblər.

Beynəlxalq insan haqları təşkilatları və Qərb hökumətləri prezident Berdımuxammedovu ölkədə təməl insan azadlıqlarının təmin edilməməsinə görə tənqid edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG