Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:09

Berdiməhəmmədov oğlunu baş nazir müavini təyin etdi


Sərdar Berdiməhəmmədov
Sərdar Berdiməhəmmədov

Sərdar Berdiməhəmmədov 2020-ci il fevralın 7-də sənaye və tikinti naziri təyin olunmuşdu

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 39 yaşlı oğlu Sərdar Berdiməhəmmədovu baş nazirin müavini və Ali Nəzarət Palatasının sədri təyin edib. O, həmçinin ölkənin Dövlət Təhlükəsizlik Şurasının tərkibinə salınıb.

Dövlət başçısı baş nazir müavinlərinin sayını artırıb. Prezident fərmanında deyilir ki, məqsəd hökumətin və təhlükəsizlik şurasının işini təkmilləşdirmək, dövlət əmlakına nəzarəti gücləndirməkdir.

Prezident qeyd edir ki, baş nazirin yeni müavini rəqəmsallaşma, dövlət, səhiyyə, təhsil, maliyyə və iqtisadiyyat sistemlərində innovasiya texnologiyalarının gerçəkləşdirilməsinə məsul olacaq.

Karyerada sürətli irəliləyiş

AzadlıqRadiosu-nun Türkmənistan xidməti xəbər verir ki, Sərdar Berdiməhəmmədovun Ali Nəzarət Palatasına təyinatından öncə qurumun binasında təcili təmir işləri aparılıb. Azatlık radiosunun əməkdaşı onu da öyrənib ki, binada prezidentin oğlu üçün istirahət guşəsi yaradılıb, yaxınlıqdakı yaşayış binaları rənglənib. Binaların sakinlərinə xəbərdarlıq olunub ki, avtomobillərini qapılarında saxlamaq yasaqlanacaq.

Sərdar Berdiməhəmmədov 2020-ci il fevralın 7-də sənaye və tikinti naziri təyin olunmuşdu. İndi isə bu posta keçmiş nazir müavini Baymırat Annamammedov təyin olunub.

Prezident oğlunun siyasi karyerası 2016-cı ilin sonundan başlanıb. Onda növbədənkənar seçki nəticəsində parlament üzvü seçilib. O vaxtdan Berdimuhamedov ictimai-siyasi karyerasında sürətlə irəliləyib.

Rəsmi mətbuat orqanları onu “xalqın oğlu” adlandırır, atasıyla birlikdə ictimaiyyət arasında görünməsini isə “nəsillərin ardıcıllığının simvolu” hesab edirlər. Sərdar dəfələrlə Türkmənistanı adətən, atasının qatıldığı beynəlxalq görüşlərdə təmsil edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG