Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 00:55

Rusiyada Ukrayna konsulu saxlanılıb və bir müddət sonra buraxılıb


RUSSIA – A sign at the entrance to the Ukrainian Embassy in Moscow, May 15, 2019

Rusiyanın Federal Təhlükəsizlik Xidməti aprelin 17-də Ukraynanın Sankt-Peterburqdakı konsulu Aleksandr Sosonyuku saxlayıb. Diplomat statusu ilə uyğun olmayan fəaliyyətlərdə - gizli məlumat almaqda günahlandırılıb.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Sosonyuk Rusiya vətəndaşı ilə görüşdə hüquq-mühafizə orqanları haqqında məlumat alarkən saxlanılıb. Məlumatda konsulla bağlı "beynəlxalq hüquq normalarına uyğun tədbirlər" tətbiq ediləcəyi bildirilir.

Ukrayna Xarici İşlər Nazirliyi yaranmış vəziyyəti təxribat adlandırıb.

AzadlıqRadiosunun Ukrayna xidməti bir müddət sonra konsulun sərbəst buraxıldığını yazır.
Xarici işlər nazirinin müavini Yevgeniy Yenin “Ukrayna 24” telekanalına Kiyevin konsulun evinə qaytarılması məsələsini tezliklə həll edəcəyini söyləyib.

"Diplomatımızın Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının ittiham etdiyi hərəkətlərlə heç bir əlaqəsi yox idi" deyə XİN rəsmisi bildirib.

Konsulun hansı məlumatları almaq istəməsi bəlli olmadığı kimi, diplomatla görüşdüyü iddia olunan Rusiya vətəndaşı ilə bağlı da hər hansı məlumat aşıqlanmır.

Rusiya hüquq mühafizə orqanlarının məlumat bazaları mütəmadi olaraq adamların əlinə düşür. Beləki ölkədə bu cür məlumatların alınması üçün geniş miqyaslı bir qara bazar mövcuddur - məsələn, vətəndaşların bilet alması, telefon danışıqları və hesablar vasitəsilə pul köçürmələri və s.


Misal üçün ötən il dekabrın 14-də Bellingcat istintaq qrupu müxalifətçi siyasətçi Aleksey Navalnının zəhərləndiyi iddia edilən şəxslərlə bağlı istintaq yayımladı.

Mətndə sui-qəsd cəhdində iştirak etdiyi iddia edilən bir neçə FSB zabitinin ölkədəki hərəkəti, zəngləri və telefonlarının coğrafi yerləşməsi barədə ətraflı məlumat verilib. Tədqiqatçılar bu məlumatların hamısının qara bazarda alındığını iddia edirlər.


Bundan sonra hüquq-mühafizə orqanları bazalara giriş təklif edən vətəndaşları kütləvi şəkildə tutmağa və həbs etməyə başlayıb. "The Bell" və "Mediazona"-nın araşdırmalarına görə bundan sonra qara bazar qiymətləri artıb.

XS
SM
MD
LG