Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:57

Berdiməhəmmədov indi də spiker oldu


Qurbanqulu Berdiməhəmmədov
Qurbanqulu Berdiməhəmmədov

İclas zamanı o, Xalq Məsləhətinin səkkiz üzvünü təyin edib və palata üzvlərinin sayı 56-ya çatıb

Türkmənistanın avtoritar lideri Qurbanqulu Berdiməhəmmədovun titullarına biri də əlavə olunub– parlamentin yeni qurulmuş yuxarı palatasının – Xalq Məsləhətinin spikeri vəzifəsinə keçib.


Gizli səsvermə əsasında...

Dövlət mediasının aprelin 14-də yazmasına görə, Berdiməhəmmədov palata üzvlərinin “gizli səsverməsi nəticəsində vəzifəyə seçilib”.

İclas zamanı o, Xalq Məsləhətinin səkkiz üzvünü təyin edib və palata üzvlərinin sayı 56-ya çatıb.

Qalan 48 üzv martın sonunda “seçilib”.

Bu Orta Asiya respublikasının 63 yaşlı avtoritar lideri şəxsiyyətə pərəstiş içində yaşayır, narazılar susdurulur, media dövlətin sərt nəzarəti altındadır.

Berdiməhəmmədov sentyabrda konstitusiyaya dəyişiklikləri imzalayıb. Parlamenti ikipalatalı quruma çevirməkdən başqa digər dəyişikliklər bəlli deyil.



Ömürlük prezident?

Həm də baş nazir olan prezident 2019-cu ildə dəyişikliklər təşəbbüsünü irəli sürüb, layihə hazırlamaqdan ötrü komissiya təsis edib.

Xalq Məsləhəti 2017-ci ildə Ağsaqqallar Şurasının əsasında yaradılmış, Berdiməhəmmədov onun sədri seçilmişdi.

Tənqidçilərin fikrincə, Berdiməhəmmədov dəyişikliklərdən istifadə edərək ömürlük prezidentliyini təmin etmək, hakimiyyəti oğluna və nəvələrinə ötürmək istəyir.

Ötən il layihə imzalanmazdan öncə onlarla türkmən Vaşinqtonda, Hyustonda, Pitsburqda yürüşlər keçirərək plana etiraz ediblər.

Tənqidçilər və insan haqları fəallarının mövqeyincə, Berdiməhəmmədov 2006-cı ildə avtokrat Saparmurat Niyazovun ölümündən sonra hakimiyyətə gələrək narazıları boğub, onsuz da repressiv ölkədə cüzi dəyişikliklər edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG