Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:12

Məhkəmə onlara gecə bir dəqiqə bayırda olmağa icazə verdi


Soldan Armen Aramyan, Natalya Tışkeviç və Alla Qutnikova
Soldan Armen Aramyan, Natalya Tışkeviç və Alla Qutnikova

Dərginin yanvarda internetdə yerləşdirdiyi videoya görə dörd nəfərin evlərində və jurnalın redaksiyasında axtarış aparılıb, daha sonra onlar İstintaq Komitəsi tərəfindən dindirilib.

Moskvada məhkəmə “Doxa” tələbə dərgisi redaktorlarını de fakto ev dustağı edib. Redaktorlar “azyaşlıları təhlükəli ola biləcək hərəkətlərə cəlb etməkdə” ittiham olunurlar. Söhbət müxalifətçi Aleksey Navalnının həbsinə icazəsiz yürüşlərlə bağlı videodan gedir.

Aprelin 14-də axşam Basmannı məhkəməsi qərar çıxarıb ki, Armen Aramyan, Vladimir Metyolkin, Natalya Tışkeviç Alla Qutnikova iki ay ərzində gecə 11:59-dan 12:00-a qədər evdən çıxa bilər. Yəni, onlara gün ərzində bayırda olmağa cəmi 1 dəqiqə vaxt verilib.

Dərginin yanvarda internetdə yerləşdirdiyi videoya görə dörd nəfərin evlərində və jurnalın redaksiyasında axtarış aparılıb, daha sonra onlar İstintaq Komitəsi tərəfindən dindirilib.

“Canlı zəncir”

Tərəfdarları isə məhkəmə yaxınlığında təkadamlıq etirazlar keçirib, “canlı zəncir” təşkil edərək redaktorlara dəstək bildirib. Polis etirazçılardan birini saxlayıb.

Jurnalistlər məhkəmə qərarı elan olunduqdan sonra binadan çıxdıqca tərəfdarları onları alqışlayıb.

Sözügedən videoda müəllimlərin tələbələrə etirazlarda iştirakla bağlı xəbərdarlıq etməsi sorğulanıb. Tələbələrə 23 və 31 yanvar tarixlərində Navalnının həbsinə icazəsiz yürüşlərdə iştiraka görə mümkün aqibətlə bağlı xəbərdarlıq olunubmuş.

“Doxa” redaktorlarının deməsinə görə, “Roskomnadzor” media tənzimləyicisinin tələbindən sonra video jurnalın vebsaytından çıxarılıb.

Yanvar yürüşləri zamanı və sonra Rusiya boyunca Navalnının 10 mindən çox tərəfdarı saxlanıb. Saxlananlardan çoxu ya cərimələnib, ya da sutkalıq həbsə məhkum ediliblər. Azı 90 nəfərə ittiham irəli sürülüb, bəziləri işdən çıxarılıb.

Beynəlxalq qurumların çağırışı

İnsan haqları qrupları dəfələrlə Moskvanı etirazları işıqlandırdıqları, etirazçılarla həmrəylik bildirdikləri üçün jurnalistləri hədəfə almamağa çağırıb.

“Jurnalistləri hədəfə almaqdansa hakimiyyət jurnalistlərə hücum edən, onların işinə müdaxilə edən polisi məsuliyyətə cəlb etməlidir”, – “Human Rights Watch” fevralın 3-də bəyanatında deyib.

Navalnı yanvarın 17-də Almaniyadan qayıdarkən Moskva aeroportunda saxlanıb. O, ötən avqustda zəhərlənmədən Almaniyada müalicə alırdı. Avropada laboratoriyalar müxalifətçinin Noviçok qazından zəhərlənməsi qənaətinə gəlib.

Navalnı zəhərlənməsinin arxasında birbaşa Rusiya Prezidenti Vladimir Putinin dayandığını desə də Kreml bunu təkzib edir.

Fevralda isə Moskvada məhkəmə qərar verdi ki, Navalnı Almaniyada olarkən daha öncə mənimsəmə ittihamıyla təqsirli bilindiyi şərti cəzanın şərtlərini pozub və onu 2 il yarım real həbsə məhkum elədi. Özü və tərəfdarları həmin işi də siyasi motivli sayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG