Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:47

Navalnı həbsxanada Quran tələb edir


Aleksey Navalnı (kollaj)
Aleksey Navalnı (kollaj)

Hazırda Rusiyanın Vladimir vilayətindəki Pokrov şəhəri 2 saylı islah koloniyasında saxlanan müxalifətçi Aleksey Navalnı həbsxana müdiriyyətini məhkəmə verib.

Siyasətçinin sözlərinə görə buna səbəb ona istədiyi kitabların, o cümlədən müsəlmanların müqəddəs kitabı Quranın verilməməsidir.

Bu barədə məlumat Navalnının Instagram səhifəsində dərc olunub.

Müxalifətçi iddia edir ki, məhbus olduğu müddətdə Peyğəmbərin Quran və hədislərini öyrənmək istəyir:

"Mən bura bir ay əvvəl gəlmişəm və özümlə bir qalaq kitab gətirmişəm. Həm də bir qalaq kitab sifariş etmişəm. Amma indiyədək mənə bir kitab da verilməyib. Çünki bu kitabların hamısını içində “ekstremizmin” olmaması üçün yoxlamalıdırlar. Bu isə üç ay çəkir”.

Siyasətçi deyir ki, koloniyanın əməkdaşları bütün kitablarda, o cümlədən Quranda ekstremizmin olub-olmadığını yoxlamaq niyyətindədirlər.

Navalnının sözlərinə görə onun bu kitabların üstündə həbsxana müdiriyyəti ilə mübahisəsi bir aydır ki, davam edir.

Zorla yedizdirmək istəyirlər

Bundan əvvəl verilən xəbərlərə görə, koloniyanın müdiriyyəti artıq iki həftədir ki, aclıq aksiyası keçirən Navalnını zorla yedizdirməklə hədələyib.

O yeməkdən imtina edəndən bəri çəkisinin 8, koloniyaya gələndən isə 15 kiloqramını itirib və hazırda 77 kilodur.

Aleksey Navalnı həbsxanaya fevralın 2-də Moskva məhkəməsinin İv Roşe işi üzrə hökmü ilə gətirilib.

Ona 2 il yarım iş kəsilib.

Səhhətindən şikayət edir

Navalnı səhhətindən şikayət edir. O həkim çağırılması tələbi ilə martın 31-dən aclıq aksiyası keçirir.

Koloniyanın həkimləri MRT aparatı ilə onda iki yırtığın olduğunu aşkar ediblər.

Bundan əvvəl Navalnı “kəskin tənəffüs xəstəliyi simptomları” ilə bağlı həbsxananın tibbi hissəsinə köçürülüb.

Siyasətçi vəkilləri vasitəsilə bildirib ki, onunla birlikdə olan 15 məhbusdan üçü vərəm xəstəliyinə tutulduqlrına görə xəstəxanaya aparılıb.

Həbsxana həkimləri Navalnının bərk öskürdüyünü və hərarətinin yüksək olduğunu bildiriblər.

Onun şəxsi həkimi, Həkimlər Alyansının başçısı Anastasiya Vasilyeva və vəkilləri israr edirlər ki, siyasətçiyə lazımi tibbi qulluq göstərilmir.

Rəsmilər bu iddiaları rədd edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG