Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Rusiyanın xarici jurnalistləri Qarabağa ‘buraxmaması’ pislənir


Rusiya sülhməramlıları Laçın dəhlizində
Rusiya sülhməramlıları Laçın dəhlizində

Sərhədsiz Reportyortlar (RSF) təşkilatı Rusiyanı xarici jurnalistlərin Dağlıq Qarabağa buraxılmasından imtina edilməsini dayandırmağa çağırıb.

Təşkilat habelə informasiya azadlığı hüququna hörmət göstərilməsi üçün BMT-yə və Avropa Şurasına çağırış edib.

RSF aprelin 9-da verdiyi bəyanatda bildirir ki, Ermənistandan Dağlıq Qarabağa gedən yolun Laçın dəhlizi hissəsinə nəzarət edən Rusiya kontingenti fevralın 10-dan bəri azı 10 xarici jurnalisti bölgəyə buraxmayıb.

Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya masasının başçısı Jan Kavalier deyib ki, Dağlıq Qarabağa girişi sistematik qadağan olunan xarici jurnalistlərin sayı artmaqda davam edir.

Kavalier xəbərdarlıq edib ki, beynəlxalq media olmadan Dağlıq Qarabağ xəbər və informasiya üçün qaranlıq bölgəyə çevrilə bilər.

Separatçıların “konsulluğu”

RSF-in məlumatına görə Dağlıq Qarabağa girişinə icazə verilməyənlərin arasında Fransanın M6 telekanalının reportyoru, Guardian qəzetinin kanadalı ştatdankənar müxbiri və CNN jurnalistləri də var.

RSF bildirir ki, Dağlıq Qarabağa Azərbaycandan da giriş məhdudlaşdırılıb.

Bəyanatda deyilir ki, Fransa 24 və Avropanın Arte telekanallarının Qarabağa səfərinə “sərt nəzarət” edilib.

RSF bildirir ki, Azərbaycan, Ermənistan vıə Rusiya arasında imzalanmış üçtərəfli bəyanatda jurnalistlərin Dağlıq Qarabağa girişinin mexanizmi barədə heç nə deyilmir.

Təşkilat bildirib ki, bölgəyə girişlərinə icazə verilməyən jurnalistlər akkrediyasiyanı Dağlıq Qarabağ separatçı rejiminin “konsulluğundan” və ya Ermənsitan Xarici İşlər Nazirlyindən almışdılar.

Bu da qeyd olunur ki, ermənilər və ruslar Laçın dəhlizindən yalnız pasportlarını göstərməklə keçə bilirlər.

Xatırlatma

2020-ci ilin payızında Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG