Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Avropa Məhkəməsi uşaqların məcburi peyvəndini qanuni sayır


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) uşaqlarının peyvənd olunmasından imtina edən valideynlərin cəzalandırılmasını qanuni sayan qərar qəbul edib.

Məhkəmə qərarı Böyük Palatada bir qrup çexiyalı valideynin şikayətinə baxılarkən verilib.

Uşaq bağçası peyvənd olunmadıqlarına görə bu valideynlərin uşaqlarını qəbul etməmişdi.

Qərar AİHM-in saytında dərc edilib.

Çexiyada məktəbəqədər yaşda olan uşaqlar üçün 9 peyvənddən dördünün edilməsi icbaridir.

Üzrlü səbəb olmadan peyvənd edilməmiş azyaşlıları dövlət uşaq bağçaları qəbul etmir.

Hökumət eyni qaydanın özəl uşaq bağçalarına da şamil olunması üçün qanunvericilik aktı üzərində işləyir.

Bu qanun qəbul olunarsa, peyvəndsiz uşaqları özəl bağçalara da yerləşdirmək mümkün olmayacaq.

Bunun insan haqlarına aiddiyyəti yoxdur

Şikayətçi valideynlər iddia edirdilər ki, uşaqların məcburi qaydada peyvənd etdirilməsi Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsini pozur.

Bu maddə şəxsin özəl həyatına müdaxiləni qadağan edir.

Lakin AİHM-in Böyük Palatasının 16 leyhinə, 1 əleyhinə nisbətində qəbul edilmiş qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi mübahisələndirilən məsələyə aid deyil.

Hökmdə qeyd olunur ki, hökumət məcburi vaksinasiya ilə vətəndaşların həyat və sağlamlığının qorunması kimi qanuni məqsəd güdür:

"Hesab etmək olar ki, vaksinasiya hakimiyyətin fərdin və cəmiyyətin sağlamlığının qorunması kimi mühüm sosial ehtiyacın təminatına yönəlmiş hərəkətidir”.

Məhkəmə habelə şikayətçilərdən birinin vaksinasiyadan imtinaya görə cərimələnməsini də düzgün hesab edib.

Qərarda deyilir ki, bu cərimə hökumət tərəfindən aşırı tədbir kimi qiymətləndirilmir.

Adamların istəyinə qalsa...

AİHM-in ekspert hüquqşünası Nikola Erviyö AFP agentliyinə deyib ki, Böyük Palatanın qərarı koronavirusa qarşı peyvəndin də uşaqlar üçün icbari edilməsinə yol açacaq.

2019-cu ildə Dünya Səhiyyə Təşkilatı (DST) Çexiyanı qızılcanın kökünü kəsmiş ölkələrin siyahısından çıxarıb.

Elə həmin il DST bəyan edib ki, peyvəndlərdən imtina sağlamlığa qlobal təhlükə təşkil edir.

Ekspertlər bir çox “unudulmuş” xəstəliklərin yenidən baş qaldırmasını vaksinasiyadan imtina kimi zərərli ideologiya ilə izah edirlər.

Rəy sorğularına görə Avropa İttifaqında əhalinin 34 faizindən 60 faizinə qədəri koronavirusdan peyvənd olunmaq istəmir.

Rusiyada isə əhalinin yalnız 30 faizi vaksin vurdurmağa hazır olduğunu deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG