Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

İranda daha bir rekord yoluxma


Tehran, arxiv fotosu
Tehran, arxiv fotosu

Aprelin 7-də açıqlanmış məlumata görə, ölkədə indiyədək 1 milyon 984 min 348 yoluxma, 63 min 699 ölüm qeydə alınıb

İranda Novruz bayramından sonra koronavirusa yoluxmalarda yeni rekord qeydə alınıb.

Səhiyyə Nazirliyinin aprelin 7-də bildirməsinə görə, son 24 saat ərzində 20 min 954 yeni yoluxma aşkarlanıb. Bir gün öncəki rekord 17 min 430 idi.

Bəzi məmurlar...

Səhiyyə nazirinin müavini İrac Haririçi dövlət televiziyasında çıxışında deyib ki, koronavirusa qarşı işçi qrupun bəzi üzvləri bu artıma görə günahkardır, çünki “bayramda qızıl fürsətdən istifadə edərək koronavirusda alovlanmaların qarşısını almağımıza mane oldular”.

Ötən il ikihəftəlik bayram günlərində toplantılara, əhalinin ölkə boyunca səyahətinə sərt qadağalar tətbiq olunmuşdu.

Haririçinin sözlərinə görə, bu il oxşar tədbirlər bəzi məmurlara görə gerçəkləşməyib. Milyonlarla iranlı istirahət mərkəzlərimə yollanıb, bayramı təntənə ilə qeyd edib. O, ad çəkməyib.

“Səyahətin qarşısı alınmalıydı”, – nazir müavini vurğulayıb.

Yaxın Şərqdə koronavirusla bağlı ən pis vəziyyət İrandadır, ölkə aylardır pandemiya ilə mübarizə aparır.

Aprelin 7-də açıqlanmış məlumata görə, ölkədə indiyədək 1 milyon 984 min 348 yoluxma, 63 min 699 ölüm qeydə alınıb.

Bəzi tənqidçilərin fikrincə, hökumət məlumatların yayılmasını önləyir, real rəqəmlər daha yüksəkdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG