Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 00:13

Yoluxmada artım davam edir...


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2595 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1073 nəfər sağalıb.

Bu məlumatı aprelin 7-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 37 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 276464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 244540 nəfər sağalıb, 3780 nəfər vəfat edib, aktiv xəstə sayı 28144 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 14593, ötən müddət ərzində isə ümumilikdə 2963012 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Son həftələr Azərbaycanda həm koronavirusa gündəlik rəsmi təsdiqlənən yoluxmada, həm də virusa yoluxanlar arasında ölüm hallarında artım müşahidə edilməkdədir. Dünən, aprelin 6-da Azərbaycanda 2035 yeni yoluxma faktının qeydə alındığı və virusa yoluxanlardan 32-nin vəfat etdiyi açıqlanmışdı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG