Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:52

Erdoğan Avropa rəhbərlərini qəbul edib


Türkiyə prezidenti Recep Tayyip Erdoğan (ortada) aprelin 6-da Ankarada Avropa Komissiyasının rəhbəri xanım Ursula von der Leyeni və Avropa Şurasının prezidenti Şarl Mişeli qəbul edib
Türkiyə prezidenti Recep Tayyip Erdoğan (ortada) aprelin 6-da Ankarada Avropa Komissiyasının rəhbəri xanım Ursula von der Leyeni və Avropa Şurasının prezidenti Şarl Mişeli qəbul edib

Rəsmilərin fikrincə, proqres Erdoğanın münasibətlərdə “yeni səhifə açmaq”la bağlı dəfələrlə dilə gətirdiyi niyyətinə necə əməl edəcəyindən asılıdır

Avropa Komissiyasının rəhbəri bəyan edib ki, Türkiyəyə onun sığınacaq verdiyi qaçqınlarla bağlı yeni maliyyə təklifi veriləcək.

Ursula von der Leyen bununla yanaşı vurğulayıb ki, Ankara insan haqlarına və qanunun aliliyinə ehtiram göstərməlidir.

Avropa Komissiyasının başçısı aprelin 6-da Türkiyə prezidenti Recep Tayyip Erdoğanla görüşünün ardınca bildirib ki, Avropa qaçqınlarla bağlı maliyyə öhdəliklərinə sadiq qalır, lakin insan haqları məsələsi mütləq prioritetdir və “müzakirə mövzusu ola bilməz”.

Türkiyə əksəriyyəti Suriyadan olan 4 milyonadək qaçqına sığınacaq verib.

Ankara və Avropa İttifaqı arasında 2016-cı ildə əldə olunmuş razılaşmaya əsasən Türkiyə Avropadan alacağı pul vəsaiti müqabilində qitəyə miqrant axınının qarşısını almalıdır.

Ursula von der Leyen Avropa Şurasının prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında deyib ki, komissiya tezliklə Türkiyəyə yeni maliyyə təklifi edəcək.

Von der Leyen əlavə edib ki, Türkiyə qanunun aliliyinə və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına hörmətlə yanaşmalıdır.

O habelə vurğulayıb ki, Türkiyənin qadınların hüquqlarını qoruyan İstanbul Konvensiyasından çıxması düzgün istiqamətdə atılmış addım deyil.

Mişel deyib ki, Avropa İttifaqı şərqi Aralıq hövzəsində çoxdan davam edən sərhəd mübahisəsinin çözümü üçün Türkiyə və Yunanıstan arasında danışıqların bərpa olunmasını dəstəkləyir.

***

Avropa Birliyinin (AB) iki aparıcı rəsmisi aprelin 6-da Türkiyəyə səfər zamanı Prezident Recep Tayyip Erdoğanla görüşəcək, miqrasiya və digər məsələlərlə bağlı illərdir davam edən fikir ayrılığından sonra münasibətləri yaxşılaşdırmaq üçün danışıqlar aparacaqlar.

Avropa Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının başçısı Ursula von der Leyenin Erdoğanla görüşü Ankara üçün iqtisadi və diplomatik qazanc perspektivi yaradır.

Dənizdəki mübahisəli sular

Ötən ay AB liderləri Türkiyə ilə əməkdaşlığın yenidən başladılmasının yol xəritəsini razılaşdırdılar. Amma rəsmilərin fikrincə, proqres Erdoğanın münasibətlərdə “yeni səhifə açmaq”la bağlı dəfələrlə dilə gətirdiyi niyyətinə necə əməl edəcəyindən asılıdır.

Əsas məsələ isə Türkiyənin şərqi Aralıq dənizində qaz tədqiqatları ətrafındakı gərginliyi bundan sonra da azaltmasından asılıdır. Ötən yay gərginlik ən yüksək səviyyəyə çatdı, Türkiyə AB üzvləri Yunanıstan və Kiprin iddia etdiyi sularda tədqiqat missiyasını dəstəkləməyə donanma gəmiləri göndərdi.

Türkiyə gəmiləri geri çəkəndən sonra gərginlik səngidi, bu ilsə 2016-cı ildən bəri ilk dəfə olaraq Yunanıstanla dəniz məsələlərinin müzakirəsinə başladı. AB də öz növbəsində Türkiyəyə sanksiya hədəsindən əl çəkdi. Ankara indi də özəlliklə miqrasiya məsələsində “konkret addım” istədiyini deyir.

Qarşılıqlı ittihamlar

Ankara Brüsselə təzyiq edir ki, beş il öncəki razılaşmanı yeniləsin. Həmin saziş miqrantların AB-yə axınının önlənməsi əvəzində milyardlarla avro yardım nəzərdə tuturdu.

Tərəflər bir-birini sazişi pozmaqda suçlayır. Türkiyə AB-nin vəd olunan yardımı vermədiyini deyir. Brüssel isə bildirir ki, Ankara bloka üz tutan miqrantları qəbul etməlidir.

AB razılaşmanı yenidən açmaqdan imtina edir. Amma von der Leyenin komissiyası Türkiyəyə daha çox pul ayırmaq təklifi üzərində işləyir. Hazırda Türkiyədə 4 milyona yaxın, əsasən suriyalı qaçqınların yaşadığı bildirilir.

AB həm də Türkiyədən Liviya, Suriya, Dağlıq Qarabağ münaqişələrinin həllinə “müsbət töhfə” gözləyir.

Blok qaçqınları maliyyələşdirməkdən əlavə 1995-ci ildə yaradılmış gömrük birliyini yeniləməyin mümkünlüyünü, viza rejiminin liberallaşdırılmasını nəzərdən keçirir. Türkiyə isə AB-yə qoşulmaq üçün özünün namizəd statusunu önə çəkməyə çalışır.

“Yeni fəsil”

AB-nin Xarici siyasət rəhbəri Jozep Borrel bildirir ki, son əməkdaşlıq təklifi ötənilki gərginlikdən sonra “AB-Türkiyə münasibətlərində yeni fəsil” ola bilər.

“Vəziyyət kövrəkdir, amma AB Türkiyə tərəfdən inkişaf və jestləri alqışlayır və əl uzatmaqla buna cavab verib”, – Borrel vurğulayıb.

Amma AB liderlərinin Erdoğan sarıdan narahatlığı qalır, xəbərdarlıq edirlər ki, proqres onun necə davranacağından, konstruktiv tərəfdaş kimi qalıb-qalmayacağından asılıdır.

Elə ötən ay Türkiyə qadın hüquqları üzrə İstanbul Konvensiyasından çıxdı. Bu sənədin məqsədi qadınlara qarşı, məişət zorakılığı ilə mübarizə üzrə hüquqi çərçivə yaratmaqdır. Erdoğanın islamyönlü partiyasının bəzi üzvlərinin iddiasına görə, sənəd boşanmaları təşviq edir, ənənəvi ailəyə zərbə vurur.

Brüssel və Vaşinqton bu addıma qarşı çıxıb, Türkiyəni sazişə qayıtmağa çağırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG