Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:50

Rusiyanın Suriyadakı pozuntularda rolunu pisləyirlər


Suriya, arxiv fotosu
Suriya, arxiv fotosu

Rusiya İranla birlikdə Suriya Prezidenti Bəşər əl-Əsədin hakimiyyətdə qalmasında vacib rol oynayıb

Rusiyanın aparıcı insan haqları qrupları Suriyadakı insan haqları pozuntularında ölkənin rolunu pisləyirlər. Pozuntular sırasına ölkənin mülki hədəflərin bombalanmasında iştirakı da daxildir.

Münaqişə barədə 198 səhifəlik hesabatı tanınmış Memorial İnsan Haqları Mərkəzi və bir neçə təşkilat hazırlayıb.

Xilaskar deyil, destruktiv qüvvə hesab edirlər

Sənədə Rusiya, Livan, İordaniya, Türkiyə, Almaniya, Belçika və digər ölkələrdən şahidlər və hücumlardan salamat çıxanlarla 150-dən artıq müsahibə salınıb.

“Bu dinc sakinlərin acınacaqlı vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlmişik ki, Suriyanın gələcəyi üçün məsuliyyət münaqişənin bütün tərəflərindən asılıdır, Rusiya da öndə gedir”, – hesabatda deyilir.

“Müsahiblərimizin əksəriyyəti Rusiyanı xilaskar kimi görmürlər, hərbi və siyasi müdaxiləsi hərbi cinayətkarın ölkəyə başçılıq etməsinə kömək etmiş destruktiv xarici qüvvə hesab edirlər”, – hesabatda vurğulanır.

“Müsahibə götürdüyümüz bəzi şəxslər deyirlər ki, özləri, yaxud sevdikləri Rusiyanın bomba hücumlarının qurbanları olublar”, – sənəddə deyilir.

Rusiyalıları bilgiləndirmək

Hesabatda Rusiya Suriyada dinc sakinləri hədəfsiz bombalamaq daxil olmaqla pozuntularda ittiham olunur. Onun genişmiqyaslı vəhşiliklərdə, kimyəvi silahlardan istifadədə suçlanan Suriya rejimini dəstəklədiyi bildirilir.

Hesabat müəllifləri Moskvanı Rusiya ordusunun Suriyanı bombalamasını müstəqil araşdırmağa, qurbanlara kompensasiya verməyə çağırır.

Sənəd rusiyalı oxuculara Suriyada insan haqları pozuntuları haqda informasiya vermək üçün hazırlanıb, “bizdə belə hiss var ki, Rusiya cəmiyyəti ölkəmizin əsas rol oynadığı bu münaqişə haqda yetərincə məlumatlı deyil”.

Rusiya İranla birlikdə Suriya Prezidenti Bəşər əl-Əsədin hakimiyyətdə qalmasında vacib rol oynayıb. Ölkədə 10 il çəkən münaqişədə onminlərlə insan həlak olub, milyonlarla şəxs didərgin düşüb.

Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatı münaqişədə azı 388 min 652 nəfərin öldürüldünüyü bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG