Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:54

AB Ukraynanı ‘tərəddüdsüz’ dəstəkləyir


Donetsk regionunda ukraynalı hərbçi
Donetsk regionunda ukraynalı hərbçi

2014-cü ildə Krımı ilhaq etmiş Rusiya Ukraynanın şərqindəki Luqansk və Donetsk regionlarında münaqişədə iştirakını təkzib edir, baxmayaraq ki, bunun əksini göstərən dəlillər var

Avropa Birliyinin (AB) xarici siyasət rəhbəri Jozep Borrel Ukrayna hökumətinə ölkənin şərqində rusiyayönlü separatçılarla münaqişədə birliyin “tərəddüdsüz dəstəyi”ni bildirib.

Borrell aprelin 4-də Twitter-də yazıb ki, Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba ilə telefonla danışıb. O, “Ukrayna ətrafında Rusiyanın hərbi fəaliyyətini ciddi narahatlıqla izlədiyini” deyib.

Borrel məsələnin AB-nin xarici işlər nazirlərinin növbəti iclasında müzakirə olunacağını söyləyib.

Aprelin 2-də isə ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşmüşdü. Bayden də Zelenskiyə ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü “tərəddüdsüz” dəstəklədiyini demişdi.

Ukrayna qüvvələri və Donetsk regionundakı separatçılar son həftələr bir-birini hücumlarda ittiham edirlər.

Ukrayna ötən həftə Rusiyanın onların ümumi sərhədinə qoşun yığdığını iddia edib.

Kremlin sözçüsü Dmitri Peskov isə deyib ki, Rusiya “öz ərazisində qoşunlarına öz planına uyğun hərəkət etdirir və bu heç kəsi narahat etməməlidir”.

2014-cü ildə Krımı ilhaq etmiş Rusiya Ukraynanın şərqindəki Luqansk və Donetsk regionlarında münaqişədə iştirakını təkzib edir, baxmayaraq ki, bunun əksini göstərən dəlillər var.

“Rusiya Ukraynada heç bir münaqişədə maraqlı deyil, xüsusilə hərbi münaqişədə”, – Xarici işlər nazirinin müavini Andrey Rudenko son iddialara cavab olaraq “RIA Novosti” xəbər agentliyinə deyib.

Rusiya, Ukrayna, Almaniya və Fransa Ukrayna münaqişəsinin həllindən ötrü yaradılmış Normandiya Formatının üzvləridir.

Almaniya və Fransa “atəşkəs pozuntularının getdikcə artmasından” narahatlıq bildirib.

“Rusiya qoşunlarının hərəkəti daxil olmaqla vəziyyətə nəzarət edirik, tərəfləri təmkinlik göstərməyə, dərhal de-eskalasiyaya çalışmağa səsləyirik”, – onlar bəyanatlarında bildiriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG