Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:03

Nüvə sazişinə görə aprelin 6-da Vyanada görüşəcəklər


İranın Arak ağırlaşdırılmış su tədqiqatları reaktoru
İranın Arak ağırlaşdırılmış su tədqiqatları reaktoru

İranın nüvə sazişi üzrə aprelin 2-də keçirilən virtual görüşün iştirakçıları aprelin 6-da Vyanada yığışmaq qərarı veriblər. Məlumatı İranın Xarici İşlər Nazirliyinin sözçüsü verib.

Avropada diplomatik mənbə və Avropa rəsmisi görüşün gələn həftə Vyanada keçiriləcəyini “Reuters”ə təsdiqləyib.

2 aprel iclası Birləşmiş Ştatların 2015-ci il nüvə sazişinə mümkün qayıdışını müzakirə etmək məqsədilə keçirilib. Vaşinqton bu addımı alqışlayıb, sazişə qayıtmaqdan ötrü “qarşılıqlı addımlar” atmağa hazır olduğunu bildirib.

Rusiyanın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) elçisi müzakirələri “işgüzar” adlandırıb, davam edəcəyini deyib.

“Təəssürat belədir ki, düzgün yoldayıq, amma qarşıdakı yol asan olmayacaq, gərgin cəhdlər tələb edəcək. Tərəflərin buna hazır olduğu görünür”, – Moskvanın BAEA-da səfiri Mixail Ulyanov aprelin 2-də Twitter-də yazıb.

Onlayn toplantıya AB-nin Xarici siyasət rəhbəri Jozep Borelin adından birliyin aparıcı diplomatı Enrike Mora sədrlik edib.

***

Avropa İttifaqı bildirir ki, aprelin 2-də İran və dünya güclərindən ibarət qrup Birləşmiş Ştatların 2015-ci il nüvə sazişinə mümkün qayıdışı barədə virtual danışıqlar keçirəcəklər.

Bu tədbir Vaşinqton tərəfindən alqışlanıb və ABŞ bildirib ki, nüvə razılaşmasına qayıtmaq məqsədilə qarşılıqlı addımlar atmağa hazırdır.

Sözü gedən virtual görüşdə Çin, Fransa, Almaniya, Rusiya, Britaniya və İranın nümayəndələri iştirak edəcəklər. Bunlar 2015-cı il nüvə sazişini imzalamış ölkələrdir.

Bu barədə məlumatı aprelin 1-də Avropa İttifaqı verib:

"İştirakçılar Birləşmiş Ştatların tarixi nüvə razılaşmasına mümkün qayıdışının perspektivlərini və razılaşmanın bütün ölkələr tərəfindən tam və səmərəli icrasının təmin eedilməsi yollarını müzakirə edəcəklər”.

Apreln 1-də ABŞ Dövlət Departamenti xəbəri məmnunluqla alqışladığınlı bidlirib.

ABŞ “pozitiv addımı” salamlayır

Dövlət Departamentinin sözçüsü Ned Prays müxbirlərə deyib ki, “biz bu pozitiv addımı, əlbəttə salamlayırıq”.

O əlavə edib ki, Birləşmiş Ştatlar 2015-ci ilin sazişinə tam əməl olunması üçün qarşılıqlı addımları müzakirə edib.

Bu saziş İranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində Tehranın üzərindəki ağır beynəlxalq sanksiyaları qaldırmalıydı.

Lakin keçmiş ABŞ prezidenti Donald Tramp 2018-ci ildə öz ölkəsini birtərəfli qaydada bu sazişdən çıxardıqdan sonra İran üzərinə ABŞ sanksiyaları bərpa olunub.

ABŞ prezidenti Co Bayden ABŞ-ın sazişə qayıtmaq istədiyi barədə işarə verib, lakin onun administrasiyası bildirir ki, ilk addımı İran atmalı, saziş üzrə öhdəliklərinə qayıtmalıdır.

İran bu saziş üzrə uranın zənginləşdirilməsi dərəcəsinə və zənginləşdirilmiş uranın kəmiyyətinə limit qoymalıdır.

Tehran öhdəliklərini pozmaqda davam edir

İran ötən fevralda ABŞ və onun Qərb müttəfiqləri üzərinə təzyiqi artırmaq məqsədilə özünün nüvə obyektlərinin Beynəlxalq Atom Energetikası müfəttişləri tərəfindən yoxlanmasına məhdudiyyətlər qoyub.

Martın 21-də İranın ali rəhbəri Əli Xameneyi deyib ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri İranın saziş üzrə öhdəliklərinə qayıtmasını istəyirlərsə, Vaşinqton Tehranın üzərindəki bütün sanksiyaları qaldırmalıdır.

Sözü gedən virtual görüş barədə xəbərin yayıldığı gün BMT nüvə gözətçisinin məlumatına görə Tehran öz öhdəliklərindən bir qədər də geri çəkilib.

Reuters agentliyinin əldə etdiyi 31 mart tarixli məxfi hesabatda deyilir ki, İran uranın zənginləşdirilməsi üçün özünün Natanz zavodunda daha mükəmməl sentrifuqlardan istifadə etməyə başlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG