Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

İran uranı 20 faizədək zənginləşdirməyi ‘dayandırmayacaq’


Natanz uran zənginləşdirmə zavodu
Natanz uran zənginləşdirmə zavodu

“Vaşinqtonun vaxtı sürətlə bitir”, - xəbərdə vurğulanır. İyunda İranda prezident seçkisidir, mayda seçki kampaniyası başlanır

Birləşmiş Ştatlar bütün sanksiyaları qaldırmasa, Tehran uranın 20 faizədək zənginləşdirilməsini dayandırmayacaq. Bunu dövlət televiziyası adını çəkmədiyi rəsmiyə istinadla yayıb. ABŞ mediası isə daha öncə yazırdı ki, İranın nüvə proqramıyla bağlı çıxılmaz durumun həllindən ötrü danışıqlarda yeni təklif irəli sürəcək.

“İranın aparıcı rəsmisi Press TV-yə deyir ki, ABŞ İrana qarşı BÜTÜN sanksiyaları birinci qaldırsa, Tehran uranın 20 faiz səviyyəsində zənginləşdirilməsini dayandıracaq”, – dövlət televiziyası martın 30-da vebsaytında yazıb.

Xəbərdə rəsmiyə istinadla o da xəbər verilir ki, Birləşmiş Ştatlar sanksiyaları qaldırmasa, Tehran 2015-ci il nüvə sazişi çərçivəsində öhdəliklərindən geri çəkilməyə davam edəcək.

“Vaşinqtonun vaxtı sürətlə bitir”, - xəbərdə vurğulanır. İyunda İranda prezident seçkisidir, mayda seçki kampaniyası başlanır.



14 dəfə çox zənginləşdirilmiş uran ehtiyatı

ABŞ Prezidenti Co Bayden administrasiyası beynəlxalq nüvə sazişi çərçivəsində tərəflərin öhdəliklərini bərpa etməsindən ötrü İranı danışıqlara çəkməyə çalışır.

Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur. İran isə nüvə sazişinin yalnız mülki məqsədli olduğunu bildirir.

Baydenin sələfi Donald Tramp isə 2018-ci ildə Birləşmiş Ştatları sazişdən çıxardı və İran iqtisadiyyatına sanksiyaları bərpa etdi.

Tehran buna öhdəliklərindən tədricən çəkilməklə cavab verdi. Sazişdə uranın zənginləşdirilməsinə 3.67 faizlik limit qoyulub.

Ötən ay Beynəlxalq Atom Enerjisi Agentliyi İranın uranı 20 faizədək zənginləşdirdiyini təsdiqlədi. Üstəlik, ölkənin zənginləşdirilmiş uran ehtiyatı 2015-ci il sazişində nəzərdə tutulandan 14 dəfə çoxdur, qurum bildirib.



Yeni təklif

“Politico” media orqanı martın 29-da “vəziyyətlə tanış iki nəfərə” istinadla yazıb ki, ABŞ-ın administrasiya rəsmiləri “ən tezi bu həftə danışıqlara təkan vermək üçün yeni təklif irəli sürməyi planlaşdırırlar”.

Təklifdə İrandan nüvə fəaliyyətinin bir hissəsini dayandırması istəniləcək, qabaqcıl sentrifuqlar və uranın 20 faizədək zənginləşdirilməsi kimi. Həmin şəxslərdən biri deyirdi ki, detallar “üzərində həmişə iş aparılır”.

İranın BMT-dəki missiyası isə tvitində yazıb ki, “ABŞ-ın nüvə sazişinə yenidən qoşulması üçün hər hansı təklifə ehtiyac yoxdur”.

“Bundan ötrü ABŞ saziş çərçivəsindəki öhfəliklərinin bütünlükdə icrasə üçün siyasi qərar verməlidir”, – missiya bildirir.

Ali dini lider Ayətulla Əli Xameneyi martın 21-də İranın “qəti siyasətini” vurğulayaraq deyib ki, Vaşinqton İranın 2015-ci il sazişi çərçivəsindəki öhdəliklərinə qaytımasını istəyirsə, sanksiyaların hamısını qaldırmalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG