Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Azərbaycan gender bərabərliyinə görə 100-cüdür


İllüstrativ foto
İllüstrativ foto

İndeks 156 ölkəni əhatələyir. Bu ildən indeksə salınan Əfqanıstan sonuncu – 156-cı yerdə qərarlaşıb

Qadınların daha bir nəsli gender bərabərliyini görməyəcək. Dünya İqtisadi Forumu martın 31-də “Qlobal Gender Bərabərsizliyi 2021” hesabatını açıqlayıb. Hesabatda deyilir ki, COVID-19 pandemiyasının təsirindən dolayı qlobal gender bərabərsizliyini aradan qaldırmaq müddəti 99.55 ildən 135.6 ilə qalxıb.

Qlobal Gender Bərabərsizliyi İndeksi dörd göstərici əsasında dəyərləndirilir: iqtisadi iştiraklılıq və fürsət; təhsil səviyyəsi; sağlamlıq; siyasi səlahiyyət.

Artıq 12-ci dəfədir İslandiya dünyada gender bərabərliyinə görə birinci yeri tutur. Ondan sonra Finlandiya, Norveç, Yeni Zelandiya, İsveç, Namibiya, Ruanda, Litva, İrlandiya və İsveçrə gəlir.

İndeks 156 ölkəni əhatələyir. Bu ildən indeksə salınan Əfqanıstan sonuncu – 156-cı yerdə qərarlaşıb.

Azərbaycan və qonşuları

Azərbaycan sıralamada 100-cü yerdədir. Ermənistan 114, Gürcüstan 49, Rusiya 81, İran 150-cidir.

Hesabatda deyilir ki, Azərbaycan daxil olmaqla doqquz ölkədə bircə nəfər belə qadın nazir yoxdur. Digər ölkələr Ermənistan, Bruney Darüssəlam, Papua Yeni Qvineya, Səudiyyə Ərəbistanı, Tailand, Vyetnam və Yəməndir.

Hesabatın əhatələdiyi ölkələrin hamısında sağlamlıq üzrə gender bərabərsizliyini azı 93 faiz qapandığı, 56 ölkənin bu sahədə tam bərabərliyə nail olduğu vurğulanır.

Amma Çin, Hindistan, Pakistan və Azərbaycan kimi ölkələrin göstəricisi 94 faizdən azdır. Əsas səbəb doğum zamanı cinslər nisbətinin pozulması ilə əlaqələndirilir.

Məsələn, Çində yeni doğulan hər kişiyə 0.88, Azərbaycanda və Vyetnamda 89, Ermənistanda 90, Hindistanda 91 faiz qadın düşür. Səbəb oğlan uşağına üstünlük verilməsi, selektiv abortlardır.

Təbii və bioloji daimi nisbət isə 94 faiz civarında olmalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG