Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Hesabat: Azərbaycan iş hüquqları sahəsində öhdəliklərinə əməl etməyib


Sosial Hüquqlar üzrə Avropa Komitəsi 2020-ci il üçün hesabatını açıqlayıb.

Bu hesabatda Avropa ölkələrində Avropa Sosial Xartiyasının tələblərinə əməl edilməsinin təhlili verilib.

Hesabatda yer alan 33 ölkənin arasında Azərbaycan da var.

Azərbaycan üçün 2015-ci ildən 2019-cu ilədək olan müddət nəzərdən keçirilib.

Komitə bildirir ki, Azərbaycan bu müddətdə Sosial Xartiyanın 7 müddəasından yalnız birində uyğunluq nümayiş etdirib.

Azərbaycanın beş müddəa üzrə göstəriciləri Avropa Sosial Xartiyasına uyğun deyil, bir müddəa üzrə isə informasiya kifayət qədər olmayıb.

Komitə xatırladır ki, lazımi informasiyanın verilməməsi də öhdəliyin pozulması kimi qiymətləndirilir.

İş hüququ

İş hüququ ilk növbədə işlə tam təminedilmə siyasətini nəzərdə tutur. Komitə məhz bu müddəa üzrə Azərbaycandan tam informasiya ala bilmədiyini vurğulayır.

Azad iş seçimi paraqrafı məcburi əməyi qadağan edir.

Komitə hesab edir ki, Azərbaycandakı vəziyyət bu müddəanın da tələblərinə cavab vermir.

Hesabatda deyilir ki, Azərbaycanda işəgötürənlər əlilliyi olanlar üçün iş şəraiti yaratmayıblar.

Komitə qeyd edir ki, işə götürərkən cinsi oriyentasiyaya görə ayrıseçkiliyin qarşısının alınması təmin edilməyib.

Kişi və qadınlara eyni üçün eyni maaş verilmir

Bu da bildirlir ki, əmək və iş sahəsində diskriminasiyadan müdafiə edən kifayət qədər qanunvericilik əsası yaradılmayıb.

Hesabatda deyilir ki, sahibkarlıq fəaliyyətinə hər hansı təftişi 2021-ci ilin 1 yanvarınadək qadağan edən qayda məcburi əmək və istismar hallarının müəyyənləşdirilməsinə imkan verməyib.

Sənəddə deyilir ki, peşə üzrə təlimlər və reabilitasiya üzrə müddəalar da yerinə yetirilməyib.

Bu da vurğulanır ki, Azərbaycanda işəgötürmə zamanı gender bərabərisizliyi qalır, kişi və qadınlara eyni bir iş üçün eyni maaşın verilməməsi halları aradan qaldırılmayıb.

Hesabatda deyilir ki, qadınlara heç də bütün peşələr üzrə işləmək imkanı verilmir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG