Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Süveyş kanalı açıldı


Yedəkçi gəmilər konteynerdaşıyanı kanalın ortasına çıxarıblar
Yedəkçi gəmilər konteynerdaşıyanı kanalın ortasına çıxarıblar

Süveyş kanalını az qala bir həftə ərzində bloklamış nəhəng konteynerdaşıyan gəmi tamamilə saydan çıxarılıb və indi bu dar dəniz yolunda hərəkət bərpa olunur.

Süveyş kanalı müdiriyyərinin başçısı admiral Osama Rabiyə martın 29-da Süveyş kanalında naviqasıyanın bərpa olunduğunu elan edib.

Misir televiziyasının göstərdiyi videolarda Ever Given gəmisi artıq kanalın ortasındadır.

Bundan əvvəl verilən xəbərlərdə gəminin qismən saydan çıxarıldığı bildirilirdi.

400 metr uzunluğunda olan konteynerdaşıyanı saydan çıxarmaq üçün sahilin qumu sorulub, gəminin dartılması üçün yedəkçilərdən istifadə olunub.

Gəminin saydan çıxarılmasında martın sonlarında gözlənilən təbiət hadisəsi – dəniz qabarması mühüm rol oynayıb.

320 gəmi növbə gözləyirdi

Bundan əvvəl yedəkçi gəmilərin flotiliyası Ever Given konteynerdaşıyanının burnunu qumsaldan çıxara bilmişdilər.

Bundan sonra yedəkçilər 220 tonluq gəmini Böyük Acı Göl adlanan və kanalın iki uçunun tən ortasında yerləşən su ərazisinə dartıblar.

Göyərtəsində 18 min konteyner olan Ever Given martın 23-də Asiyadan Avropaya keçərkən birtərəfli hərəkətə malik kanalda ilişib qalmışdı.

Bundan sonra kanalda hərəkət dayandırılmış və qlobal gəmi daşımalarında fasilə yaranmışdı.

Gəminin blokda olduğu vaxt artıq 320 gəmi kanaldan keçmək üçün növbə gözləyirdi.

Dünya konteyner daşımalarının üçdə biri və qlobal ticarət mallarının 12 faizi hər gün 193 kilometrlik Süveyşdən keçir.

***

Bir neçə gündür Süveyş kanalında ilişib qalmış nəhəng konteyner gəmisinin qismən saydan çıxarıldığı bildirilir. Bu isə həyati əhəmiyyətli su yolunun yenidən açılacağı, qlobal gəmiçilikdə yaranmış tıxacın yüngülləşəcəyi ilə bağlı ümidlər yaradıb.

Süveyş Kanalı Hakimiyyətinin sədri Osama Rabiye gəminin qismən suya salındığını deyib, bunu “yaxşı xəbər” adlandırıb, martın 29-da “Wall Street Journal” yazıb.

Onun sözlərinə görə, yedək gəmiləri gəmini kanalda hərəkət gətirmək üçün işi davam etdirirlər. “Hələ bitirməmişik, amma artıq tərpənib”, – Rabiye vurğulayıb.

Minlərlə konteyner yüklənmiş, 400 metr uzunluqda olan gəminin saydan çıxarılması yönündə işlər martın 28-də güclənib. Gəminin ətrafının qazılmasına əlavə qəza yedəkləri cəlb olunub.

Misir hakimiyyəti deyirdi ki, gəmini suya salmaq əməliyyatı alınmasa, ona yüklənmiş 18 mindən çox konteynerin kranla boşaldılmasına başlanmalıdır, bu əməliyyat isə günlərlə çəkə, qlobal gəmiçilikdə yaranmış fasiləni uzada bilər.

Asiyadan Avropaya konteynerlər daşıyan “Ever Given” gəmisi martın 23-də
saya oturub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG