Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Bir gəmi ‘qlobal ticarət yolunu’ necə kəsdi?


Evergreen şirkətinin Ever Given konteynerdaşıyan gəmisi
Evergreen şirkətinin Ever Given konteynerdaşıyan gəmisi

Aralıq və Qırmızı dənizləri birləşdirən və Misir ərazisində yerləşən Süveyş kanalı, Evergreen şirkətinin Ever Given konteynerdaşıyan gəmisi tərəfindən bloklanandan sonra naviqasiya üçün bağlanıb.

Reuters agentliyi xəbər verir ki, konteynerdaşıyan gəmi saydan çıxarılmayınca kanal gəmi hərəkəti üçün bağlı qalacaq.

Gəminin saya oturduğu yerdə hazırda qəza yedəkləri çalışır, amma hələki gəmini daha dərin yerə dartmaq mümkün olmayıb.

Konteyner gəmisinin bir hissəsinin qumluğa batdığı xəbər verilir.

Ekspertlər Reuters agentliyinə deyiblər ki, kanalın açılması üçün bir neçə həftə vaxt lazım gələ bilər.

Gəminin saydan çıxarılması üçün hazırda onun göyərtəsindəki konteynerlər boşaldılır, gəminin burun hissəsindəki qum yuyulur. Gəmi yalnız bundan sonra yedəkçilər tərəfindən kanalın daha dərin yerinə dartılacaq.

Bu da xəbər verilir ki, adətən Süveyş kanalından istifadə edən gəmilər Afrikanı dövrə vurmalı olacaqlar.

Ən son məlumatlara görə hazırda götyərtəsində 900 min tonadək neft olan 15-dək tanker kanalın açılmasını gözləyir.

Göyərtəsində 20 min konteyner olan Ever Given gəmisi Süveyş kanalında saya martın 23-də oturub.

Ekipajın 25 üzvündən heç kim xəsarət almayıb.

Konteyner gəmisinin sahibi olan Yaponiya üzrxahlıq edib.

Gəmiçilik tarixində də ən böyük “tıxac”

Müşahidəçilər deyirlər ki, gəmiçilik tarixində ən böyük tıxacda 150-dək gəmi ilişib qalıb.

Kanalda baş vermiş insident sosial mediada geniş müzakirələrə və hətta zarafatlara səbəb olub.

Süveyş kanalı son dəfə 2004-cü ildə Rusiyanın Sovkomflot tankerinin saya oturması ilə əlaqədar üç gün bağlı qalıb.

Kanal 1967-cı ildə Ərəb-İsrail müharibəsinə görə 8 il qapalı olub. 1973-cü ildə Misir ordusu kanala nəzarəti yenidən ələ alıb. Lakin onun təkrar açılışı 1975-ci ildə baş verib.

Dünya konteyner daşımalının üçdə biri və dünya ticarəti yüklərinin 10 faizi Süveyş kanalından keçir.

XS
SM
MD
LG