Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 09:22

Misirdə dəmir yolu qəzasında azı 32 nəfər ölüb


Qəza yerində
Qəza yerində

Misirdə martın 26-da iki qatarın toqquşması nəticəsində azı 32 nəfər həlak olub, daha 165 nəfər xəsarət alıb.

Ölkənin baş naziri deyib ki, bu Misir tarixində baş vermiş ən ağır dəmir yolu qəzalarından biridir və dəmir yollarının təcili qaydada modernləşdirilməsinə ehtiyac olduğunu göstərir.

Reuters agentliyi rəsmilərə istinadən yazır ki, qəzanın baş verməsinə səbəb “naməluim şəxslərin” qatarlardan birində “stop-kranı” çəkməsi və eyni istiqamətdə gələn başqa bir qatarın ona çırpılması nəticəsində baş verib.

Qəza yerində çəkilmiş fotolarda relsdən çıxmış və möhkəm əzilmiş vaqonlar görünür.

Bəzi yaralıları helikopterlərlə Qahirəyə aparmaq lazım gəlib.

Ölkə prokurorluğu hadisə ilə bağlı cinayət işinin qaldırıldığını bildirib.

Ən geniş, ən köhnə

Qəza paytaxt Qahirənin cənub tərəfdən 230 kilometrliyində Nil çayı sahilindəki Tahta şəhəri ətrafında baş verib.

Səhiyyə naziri Hala Zayed 32 nəfərin öldüyünü və 165 nəfərin yaralandığını bildirib.

Misir dünyada ən geniş, amma ən köhnə dəmir yolları şəbəkələrindən birinə malikdir. Buna görə də ölkədə dəmir yol qəzaları adi hal alıb.

Misirlilər hökumətin dəmir yollarında elementar təhlükəsizliyi təmin edə bilməməsindən şikayətçidirlər.

2019-cu ilin 27 fevralında Qahirədə daha bir dəmir yolu qəzasından sonra
2019-cu ilin 27 fevralında Qahirədə daha bir dəmir yolu qəzasından sonra

Bundan da ağırı olub

2012-ci ildə ölkə tarixində ən ağır dəmir yolu qəzası zamanı 7 vaqonu od götürmüş və nəticədə azı 360 nəfər həlak olmuşdu.

Baş nazir Mostafa Madbuli deyib ki, dəmir yollarına illərdir səhlənkar münasibət bəslənib:

“Bizim min kilometrlərlə dəmir yollarımız var, amma xətlər, nəzarət və menecment işləri hələ də əl əməyinə söykənir”.

Bu da bildirilir ki, hökumət dəmir yolları şəbəkəsinin modernləşdirilməsinə milyardlarla dollar xərcləyir, amma görüləcək işin həcmi hələ də böyük olaraq qalır.

Prezident Abdel Fəttah əl-Sisi deyib ki, qəza üçün məsuliyyət daşıyanlar cəzalandırılacaq və dəmir yolu qəzalarının qurbanlarının qohumlarına veriləcək kompensasiyalar iki dəfə artırılacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG