Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:13

ABŞ və Avropa Rusiyanın ‘çətin davranışına’ qarşı birgə mübarizə aparacaq


ABŞ dövlət katibi Entoni Blinken (solda) və Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell
ABŞ dövlət katibi Entoni Blinken (solda) və Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell

ABŞ və Avropa İttifaqının xarici işlər nazirləri deyiblər ki, onlar Moskvanın Ukrayna və Gürcüstana qarşı davam edən təcavüzü kimi “çətin davranışlarına”, habelə Rusiyada insan haqları və qanunun aliliyinə hörmətin “tükənməsinə” koordinasiyalı cavab verilməsi barədə razılığa gəliblər.

Martın 24-də Brüsseldə keçirilən danışıqlarlın ardınca verilmiş birgə bəyanatda ABŞ dövlət katibi Entoni Blinken və Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell bildirilər ki, onlar Rusiyanın “dezinformasiya kimi hibrid hədələrinə, onun seçki proseslərinə müdaxilələrinə, ziyanlı kiberfəaliyyətlərinə və hərbi təhdidlərinə” koordinasiyalı şəkildə cavab vermək əzmindədirlər.

İki siyasətçi habelə Rusiyada müstəqil siyasi səslərin, vətəndaş cəmiyyətinin və media azadlığının sıxışdırlmasına da birgə reaksiya göstəriləcəyini deyiblər.

İran, iqlim, pandemiya

Blinken və Borrell habelə Çinlə ikitərəfli dialoqun bərpası barədə razılığa gəliblər və etiraf ediblər ki, Pekinlə münasibətlər “əməkdaşlıq elementlərinin, yarışın və rəqbətin” qarışığından ibarətdir.

Müzakirə edilən məsələlərin arasında İranın nüvə proqramı, Qərbi Balkan regionu boyunca islahatlar, iqlim böhranı və koronavirus pandemiyası da vardı.

Blinken Belçika paytaxtına NATO-nun burada keçirilən ikigünlük sammitində iştirak etmək üçün gəlmişdi.

O prezident Co Baydenin tapşırığı ilə transatlantik bağların yenidən gücləndirilməsi missiyasını yerinə yetirirdi.

Bu münasibətlər keçmiş prezident Donald Trampın vaxtında xeyli zəifləmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG