Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:12

Blinken və Çavuşoğlu görüşüblər


NATO sammitində Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu (solda) və ABŞ dövlət katibi Entoni Blinken
NATO sammitində Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu (solda) və ABŞ dövlət katibi Entoni Blinken

ABŞ dövlət katibi Entoni Blinken Türkiyəyə deyib ki, Ankara Rusiyanın istehsalı olan S-400 raket sistemlərini işlətməməlidir.

ABŞ Dövlət Departamentinin bu bəyanatı martın 24-də Blinken Brüsseldə keçirilən NATO sammitində Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu ilə görüşdükdən az sonra verilib.

Bəyanatda deyilir ki, cənab Blinken Türkiyəni bu raketləri özündə saxlamamağa çağırıb.

İki NATO müttəfiqi arasında S-400 hava hücumundan müdafiə sisteminə görə fikir ixtilafı bir xeyli müddətdir ki, davam edir.

Vaşinqton bu mübahisəyə görə Türkiyəni özünün F-35 təkmil qırıcı proqramından çıxarıb.

Ankara Rusiyadan S-400 raketlərinin alınmasına dair Moskva ilə müqaviləni 2017-ci ildə imzalayıb.

İstanbul Konvensiyası

Blinken və Çavusoğlu görüş zamanı habelə iki NATO müttəfiqi - Türkiyə və Yunanıstan arasında gərgin münasibətləri müzakirə ediblər.

Entoni Blinken bildirib ki, ABŞ iki NATO üzvü arasında danışıqlara tərəfdardlır.

Blinken habelə Türkiyənin Qadınlara Qarşı Zorakılıq və Məişət Zorakılığı əleyhinə İstanbul Konvensiyasını tərk etməsinə təəssüfləndiyini bildirib.

O daha sonra bildirib ki, demokratik təsisatlara və insan haqlarına hörmət etmək son dərəcə mühümdür.

“Konstruktiv ruhda”

Blinken və Çavuşoğlu habelə Suriya və Əfqanıstandakı ortaq maraqları müzakirə ediblər.

Çavuşoğlu deyib ki, ABŞ dövlət katibi ilə danışıqlar konstruktiv ruhda keçib və onlar Türkiyə və Birləşmiş Ştatlar arasında daha çox hərtəfli görüşlərə ehtiyac olduğunu vurğulayıblar.

Amma Çavuşoğlu bildirib ki, o Blinkenə S-400 sistemlərinin “artıq bağlanmış bir məsələ” olduğunu deyib.

Türkiyə rəsmiləri deyiblər ki, S-400 raket sistemini NATO-nun müdafiə infrastrukturuna inteqrasiya etməyəcəklər.

S-400 sisteminin dörd raketdən ibarət ilk batareyası Türkiyəyə 2019-cu ilin iyulunda gətirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG