Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Duma Putinin prezidentlik müddətlərini ‘sıfırlayan’ qanunu qəbul etdi


Putinin "ömürlük" prezidentliyinə etiraz piketçi
Putinin "ömürlük" prezidentliyinə etiraz piketçi

Rusiya Dövlət Duması martın 24-də seçkilər və referendumlar haqqında ölkə qanunvericiliyinin Konstitusiyaya düzəlişlərə uyğunlaşdırılması haqqında qanunu üçüncü və sonuncu oxunuşda qəbul edib.

Sözü gedən düzəlişlərin arasında hazırkı prezident Vladimir Putinə prezidentliyə yenidən namizədliyini vermək imkanı qazandıran müddəa da var.

Həmin düzəlişə görə bir nəfərin prezident postunu tutması müddətlərini məhdudlaşdıran maddə hazırkı prezidentə onun bundan əvvəlki prezidentlik müddətlərini nəzərə almadan şamil edilir.

Mediada bunu Putinin prezidentlik müddətlərinin “sıfırlanması” adlandırıblar.

Əgər “namizədin vətəni” Rusiyaya daxil olarsa...

Beləliklə düzəliş edilmiş maddə Vladimir Putinə daha iki müddət prezident olmaq və potensial baxımdan 2036-cı ilədək hakimiyyətdə qalmaq imkanı verir.

Düzəlişlərə görə habelə yaşı 35-dən az olmayan və ölkədə fasiləsiz olaraq 25 ildən az olmayan müddətdə daimi yaşayan, indi və keçmişdə hər hansı xarici vətəndaşlığı və ya məskunluğu olmayan hər bir Rusiya vətəndaşı prezident ola bilər.

Maraqlıdır ki, qanun dəyişikliyinə görə namizədin vətəndaşı olduğu xarici ölkə və ya onun bir hissəsi Rusiya Federasiyasının tərkibinə daxil olarsa, namizədin xarici vətəndaşlığı nəzərə alınmır.

Sorğu: Adamları bezdirib vıə pensiyaya getməlidir

Ötən ilin yanvarında Rusiya prezidenti Vladimir Putin Konstitusiyaya düzəlişlər təklif edib.

Amma müddətlərin “sıfırlanmasını” nəzərdə tutan və Putinə 2036-cı ilədək prezidentlik etmək imkanı verən müddəa barədə təklif ötən ilin mart ayında düzəlişlər müzakirə olunarkən “qəfil” ortaya çıxıb.

Bu düzəlişlər iyulun 1-də başa çatmış ümumrusiya səsverməsində təsdiqlənib.

Yeri gəlmişkən, Rusiya hökuməti tərəfindən “xarici agent” elan edilmiş Levada mərkəzinin fevral ayında keçirdiyi rəy sorğusunun nəticəsinə görə rusiyalıların 41 faizi Vladimir Putini 2024-cü ildə prezident görmək istəmir.

Putini prezident kimi görmək istəməyn respondentlərin yarısı bildirib ki, “o həddən artıq müddətdə bu vəzifədədir, adamları bezdirib və onun pensiyaya çıxmaq vaxtıdır”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG