Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:44

Sorğu: Rusiyalıların 64 faizi Rusiyanı Avropa ölkəsi hesab etmir


Gənc futbol azarkeşləri
Gənc futbol azarkeşləri

Rusiyada Rusiyanı Avropa ölkəsi hesab etməyənlərin sayı getdikcə artır.

Levada ictimai rəyi öyrənmə mərkəzinin bu ilin fevralında apardığı sorğunun nəticələrinə görə rusiyalıların yalnız 29 faizi Rusiyanı Avropa ölkəsi hesab edir.

Bunun əksini düşünənlər 64 faiz təşkil edirlər.

Bu nisbət 2019-cu ildə müvafiq olaraq 37 və 55 faiz idi.

CurrentTime saytı yazır ki, sosioloqlar ümumilikdə 2008-ci ildən bəri öz ölkəsini Avropa ölkəsi hesab edən rusiyalıların az qala iki dəfə azaldığını – 52 faizdən 29 faizə düşdüyünü deyirlər.

Bunun əksini düşünənlərin də sayı bu illər ərzində elə eyni nisbətdə artıb və 36 faizdən 64 faizə yüksəlib.

Yaşlılar “daha çox avropalıdır”

Maraqlıdır ki, Rusiyanın Avropa ölkəsi olması ideyası yuxarı yaş qruplarında daha populyardır.

Yaşı 55 və daha çox olanların 33 faizi Rusiyanı Avropa ölkəsi hesab edir.

Əksinə 18-24 yaş arasında olan respondentlərin 74, 25-39 yaş qrupunda olanların isə 69 faizi Rusiyanı Avropa ölkəsi hesab etmir.

Rəy sorğusu özünü avropalı hesab edən rusiyalıların da azaldığını göstərib.

2008-ci ildə respondentlərin 35 faizi bu və ya digər dərəcədə özünü avropalı hesab edirdi.

2019-cu ildə onların faizi 32-yə, 2021-ci ildə isə 27-yə düşüb.

Eyni zamanda özünü bu və ya digər dərəcədə avropalı hesab etməyənlərin faizi artıb.

2008-ci ildə respondentlərin 52, 2019-cu ildə 63 və 2021-ci ildə 70 faizi özünü avropalı saymadığını bildirib.

Qərbin Rusiyadan qorxduğunu düşünənlər azalıb

Qərbdə Rusiyaya münasibətdə qorxu olduğunu düşünənlərin də sayı azalıb.

2018-ci ildə respondentlərin 25 faizi belə düşünürdü. 2021-ci ildə onların faizi 18-ə enib.

Bu da qeyd olunur ki, Qərbdə Rusiyaya “həyəcanlı” münasibət olduğunu düşünənlərin sayı 23 faiz civarında sabit qalıb.

Respondentlərin yalnız 12 faizi Rusiyaya ehtiramla yanaşıldığını düşünür.

2018-ci ildə respondentlərin 18 faizi bu qənaətdə idi.

Əhalinin gənc təbəqəsində Qərbin Rusiyaya “isti” münasibıət bəslədiyini düşünənlər daha çoxdur.

18-24 yaşlarında olanların 16 faizi Rusiyaya hörmətlə, 15 faizi isə rəğbətlə yanaşıldığını düşünür.

Yaşı 55-dən çox olan respondentlər üçün bu nisbət müvafiq olaraq 11 və 6 faizdir.

Respondentlərin 30 faizi deyib ki, Rusiyada Qərbə xüsusi bir hissiyyatla yanaşmırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG