Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 04:03

Ukrayna Rusiya rəsmiləri və qurumlarına sanksiya qoyur


RT telekanalının loqosu

Fərmanda 26 əcnəbi və 81 hüquqi şəxsin adı var

Ukrayna Rusiyanın bizneslər və media daxil olmaqla onlarla məmur və qurumuna sanksiya tətbiq edib.

Prezident Volodimir Zelenskinin martın 23-də imzaladığı fərmanda 26 əcnəbi və 81 hüquqi şəxsin adı var. Onların aktivləri dondurulub, ölkəyə səyahəti, yaxud fəaliyyəti qadağan olunub.

Rusiyanın dövlət nəzarətində olan RT telekanalı, TASS xəbər agentliyi, Gazea.ru, Lenta.ru və digər media orqanları da siyahıdadır.

Mediaya qarşı sanksiyalarda telekommunikasiya xidmətlərindən istifadənin məhdudlaşdırılması, yaxud dayandırılması nəzərdə tutulub.

Şirkətlər siyahısına isə nəhəng sığorta şirkəti olan Rosqosstrax, Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımda fəaliyyət göstərən bir sıra şirkətlər daxildir.

Sanksiya tətbiq olunan Rusiya vətəndaşlarına gəlincə, bu sırada daxili işlər nazirliyi, təhlükəsizlik xidmətləri rəsmiləri, deputatlar var.

Ötən il Ukrayna hakimiyyətinin icazəsi olmadan Krıma səfər etmiş Avropa Parlamentinin fransalı üzvləri də siyahıya daxildir.

Moskva Krımı qanunsuz ilhaq edəndən və Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayandan sonra Kiyev Rusiyanın bir sıra vətəndaşları və qurumlarına sanksiyalar açıqlayıb.

Şərhlər

XS
SM
MD
LG