Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Norveç Rolls-Royce və Rusiya şirkəti arasında sazişi blokladı


Norveç elan edib ki, Rolls-Royce-un Norveçdəki mühərrik zavodunun Rusiya şirkətinə satılmasına dair müqavilə həssas texnologiyaların Moskvanın əlinə keçməsinin mümkünlüyünə görə bloklanıb.

Norveçin Ədliyyə və İctimai təhlükəsizlik naziri Monika Meyland martın 23-də parlamentə məlumat verib ki, “Bu satış əməliyyatı Rusiyanın hərbi qabiliyyətini Norveçin və onun müttəfiqlərinin təhlükəsizlik siyasəti maraqlarına zidd bir şəkildə gücləndirə bilərdi”.

Nazir daha sonra əlavə edib:

"İndi bizdə, bu şirkətin bizimlə təhlükəsizlik əməkdaşlığında olmayan ölkə tərəfindən nəzarət olunan şirkətə satılmasını önləmək qərarının qəbulu üçün kifayət edəcək informasiya var”.

NATO-nu təchiz edən zavod

Bu məsələ ötən il, Rolls-Royce özünün Bergen Engines zavodunu, qərargahı Rusiyada olan TMH Group şirkətinə satmaq niyyətini bəyan edəndən sonra qalxıb.

Bergen Engines gəmilər və generatorlar üçün orta sürətli qaz və dizel mühərrikləri istehsal edir.

Rusiyadakı şirkət isə lokomotivlərin və dəmir yolu avadanlığının istehsalı ilə məşğuldur.

Bergen Engines NATO üzvü olan Norveçin donanmasını və dünya boyunca gəmi daşımaları sənayelərini təchiz edir.

Rolls-Royce şirkəti niyə satırdı?

Lüks avtomobillər və təyyarə müharrikləri istehsal edən Briyaniya şirkəti Rolls-Royce bildirmişdi ki, özünün 1000 işçisi olan Norveç istehsalat birliyini pandemiya şəraitində şirkətin maliyyə durumunu gücləndirmək üçün satışa çıxarır.

Bu ayın əvvəllərində satış əməliyyatı müvəqqəti dayandırılanda Moskva buna acıqlı reaksiya vermiş və bu qərarı “anti-Rusiya əngəlləri” adlandırmışdı.

Arktikada həmsərhəd olan Rusiya və Norveç arasında münasibətlər 2014-cü ildə Rusiya Krımı Ukraynadan ilhaq edəndən bəri pisləşib.

O vaxtdan bəri hər iki ölkə sərhəd boyunca canlı qüvvə və hərbi texnika cəmləşdirir, habelə hərbi təlimlər keçirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG