Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:00

Norveç gəmi mühərrikləri zavodunu Rusiyaya satmayacaq


Norveçin "Polarsyssel" gəmisi
Norveçin "Polarsyssel" gəmisi

Norveç hökuməti mühərrik istehsal edən zavodun Rusiya şirkətinə satışı prosesini dayandırıb.

Reuters agentliyi yazır ki, zavodun Rusiya şirkətinə satılması ilə Norveç Milli Təhlükəsizlik İdarəsinin əks-kəşfiyyat bölümü maraqlanıb.

Sözü gedən Bergen Engines mühərrik zavodu Britaniyanın Rolls-Royce şirkətinin bir hissəsidir.

Bu zavod dizel və qaz-porşen mühərriklərinin istehsalı ilə məşğuldur.

Fevralın əvvəllərində Britaniya şirkəti zavodun Rusiyanın “Transmaşholdinq” holdinqinə 150 milyon avroya satıldığı barədə məlumat vermişdi.

Transmaşholdinq bildirmişdi ki, bu zavodu almaqla özünün ucqarlar üçün mikroelektrostansiyalar bazarında iştirakını genişləndirmək istəyir.

Lakin Horveç hökuməti Rusiyanın bu zavoddan hərbi məqsədlər üçün istifadə edə biləcəyindən narahatdır.

Rusiyanın mühərrik problemi

Bu da xəbər verilir ki, Bergen Engines zavodunun mühərriklərindən Norveçin hərbi-dəniz donanamasının gəmilərində istifadə olunur.

Məsələn Norveçin patrul gəmilərində məhz bu mühərriklər quraşdırılıb və Müdafiə Nazirliyinin buzqıran gəmiləri üçün də mühərriklərin bu zavoddan veriləcəyi planlaşdırılıb.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, gəmi mühərriklərinin hazırlanması Rusiya gəmiqayırma sənayesinin ən problemli sahəsidir.

Rusiya gəmiçiliyinə cavabdeh olan rəsmi strukturlar ölkədə gəmi mühərrikləri ilə baağlı problemin xüsusilə “böhranlı” olduğunu bildirirlər.

Krımın ilhaqı Moskvaya baha başa gəlir

2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edənədək Rusiya gəmi mühərriklərini Ukraynadan və NATO ölkələrindən alırdı.

Rusiya hərbiyyəsi bildirir ki, Çinin istehsal etdiyi mühərriklər problemi həll etmir, çünki onların keyfiyyəti də lazımi səviyyədə deyil.

Məsələ burasındadır ki, sözü gedən razılaşmaya əsasən Rusiya şirkətinə təkcə zavodun istehsalat sahəsi yox, həm də konstruktor bürosu verilməli idi.

Bu da elan edilmişdi ki, bu zavod və Transmaşholdinqin bazasında gəmi mühərriklərinin elmi-texniki bazası yaradılacaq.

Xəbər verilir ki, bu məsələ ilə bağlı Norveç Ədliyyə Nazirliyi parlamentdə brifinq verəcək.

Nazirlik bildirib ki, Norveç xarici investisiyaları dəstəkləyir, lakin bu, onun milli təhlükəsizliyinə hədə yaratmamalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG