Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 11:33

Norveç şirkəti 'Şimal axını-2'-yə sertifikat verməkdən imtina edib


Baltik dənizində "Şimal axını-2" qaz kəmərini çəkən Rusiyaya məxsus gəmi, 8 sentyabr 2020
Baltik dənizində "Şimal axını-2" qaz kəmərini çəkən Rusiyaya məxsus gəmi, 8 sentyabr 2020

Norveç şirkəti Det Norske Veritas GL, "Şimal axını -2" qaz kəmərinə uyğunluq sertifikatı verməkdən imtina edib. RBK nəşri DNV GL-in açıqlamasına diqqət çəkir.

Şirkətin bəyanatında bildirilir ki, DNV GL'nin "Şimal axını-2" boru kəməri sistemindəki yoxlamalarla bağlı fəaliyyətini sanksiyalara uyğun olaraq və bu sanksiyalar qüvvədə qaldığı müddətdə dayandırır.

DNV GL, işləyən "Şimal axını" qaz kəməri və inşası davam edən "Şimal axını- 2"-nin ortağıdır.

Noyabrın sonlarında DNV GL bəyan edib ki, ABŞ sanksiyaları səbəbiylə "Şimal axını-2" layihəsində sınaq və boru qoyan gəmilərdə istifadə olunan avadanlıqların yoxlanması ilə bağlı xidmətlər göstərə bilməyəcək. Həmin vaxt şirkət aydınlıq da gətirib ki, bu qaz kəməri başa çatdıqdan sonra sertifikatlaşdırmadan imtina edilməsi demək deyil.

Boru kəmərinin yoxlanılması və sertifikatlaşdırlması inşaasına hələ başlanılmayan son Danimarka hissəsində olmalıdır. Danimarka Dəniz Agentliyi dekabr ayının sonlarında bildirib ki, Rusiyaya məxsus boru kəməri çəkən "Fortuna" gəmisi, digər Rus gəmilərinin dəstəyi ilə Danimarka hissəsində 2021-ci il yanvarın ortalarından etibarən tikintiyə başlamalıdır. Həmin bölmə təxminən 127 km uzunluğundadır. RBK nəşrinə görə, qaz kəməri 90% -dən çox başa çatıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG