Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:13

Çinə uyğurlara görə sanksiyalar qoyuldu, Pekin dərhal cavab verdi


Uyğur qadın körpəsi ilə
Uyğur qadın körpəsi ilə

Avropa İttifaqı Çinin Sintzyan vilayətində əsasən müsəlman uyğurlara qarşı insan haqları pozuntularına görə bu ölkənin dörd rəsmisinə və bir tikinti şirkərinə sanksiyalar qoyub.

Pekin buna cavab olaraq 10 Avropa rəsmisinə cavab sanksiyaları elan edib.

İttifaqın Rəsmi Jurnalında martın 22-də dərc olunmuş məlumatda deyilir ki, Sintzyan İctimai Təhlükəsizlik Bürosunun direktoru və Sintzyan Uyğur Muxtar Regionu hökuməti başçısının müavini Çen Minquo, regionun qanunvericilik orqanı rəhbərinin müavini Ju Haylun, habelə Sintzyan hökumətinin iki vəzifəli rəsmisi - Vanq MinqşanVanq Junşenqə səfər qadağanı və onlara məxsus aktivlərin dondurulması sanksiyaları qoyulub.

Çen uyğurların və başqa müsəlman azlıq nümayəndələrinin qanunsuz saxlanmasında və onlarla alçaldıcı rəftarda, habelə onların din və etiqad azadlıqlarını sistematik pozmaqda ittiham olunur.

Avropa İttifaqı bildirir ki, habelə Sintzyan İstehsalat və Tikinti şirkətinin ictimai təhklükəsizlik bürosuna sanksiyalar tətbiq edilir.

Bu qurum saxlama düşərgələrinin idarəçiliyi ilə bağlı bütün təhlükəsizlik siyasətlərini həyata keçirir.

Pekin Avropaya “səhvini düzəlt” deyir

Pekin bu sanksiyalara cavab olaraq dərhal Avropa Parlamentinin Çin üzrə Parlamentlərarası Alyansının həmsədri, almaniyalı Raynhard Buetikofer də daxil Avropa İttifaqının 10 rəsmisinə sanksiyalar elan edib.

Çin bundan başqa Avropanın dörd qurumunu “Sintzaynla bağlı Çinin maraq və suverenliyinə ziyan vurmaqda” ittiham edir.

Çinin Xarici İşlər Nazirliyi habelə Avropa İttifaqını “səhvini düzəltməyə” və Çinin daxili işlərinə qarışmamağa çağırıb.

Sintzyanda hər hansı insan haqlarını pozduğunu inkar edən Pekin bildirib ki, oradakı düşərgələrdən məqsəd uyğurlara mövsümi təlim vermək və ekstremizmə qarşı mübarizədir.

Tyananmendən bəri ilk sanksiyalar

Avropa İttifaqı 1989-cu ildə Pekinin Tyananmen meydanında demokratiyayönlü nümayiş dağıdılanda ona qoyulan embarqodan bəri ilk dəfədir ki, Çinin üzərinə sanksiyalar qoyur.

Avropa İttifaqının 27 üzvünün hamısı Çin üzərnə sanksiyaları dəstəkləyib, lakin Macarıstanın xarici işlər naziri Piter Siyarto sanksiyaları “ziyanlı” və mənasız” adlandırıb.

Macarıstan və İttifaq arasında qanunun aliliyi məsələlərinə görə fikir ixtilafı var.

Bundan başqa Macarıstanın indiki rəhbərliyi Çin və Rusiya ilə isti münasibətlərə malikdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG