Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:34

Putin tərəfdarı olan qubernator saxlanıb


İvan Belozertsev

Hakim Vahid Rusiya partiyasının üzvü olan Belozertsev 2015-ci ildən Volqa Federal Rayonundakı Penza regionuna başçılıq edir

Rusiyanın Penza regionunun qubernatoru, Prezident Vladimir Putinin tərəfdarı İvan Belozertsev barəsində korrupsiya ittihamları ilə iki ay həbs qətimkan tədbiri seçilib.

Martın 22-də Moskvadakı Basmannı məhkəməsinin çıxardığı qərar Belozerstsevin azı mayın 20-cən həbsdə qalmasını nəzərdə tutur.

İstintaq Komitəsi Belozertsevi 31 milyon rubl (420 min dollar) rüşvət almaqda ittiham edir.

İttihamlar

BIOTEK farmaseptik qrupunun rəhbəri Boris Şpiqel və daha bir neçə nəfər Belozertsevə rüşvət verərək yerli hökumətlə biznes razılaşmalarında özlərinə sərfəli şərtlər əldə etməkdə şübhəli bilinərək saxlanıblar.

Hakim Vahid Rusiya partiyasının üzvü olan Belozertsev 2015-ci ildən Volqa Federal Rayonundakı Penza regionuna başçılıq edir.

Medianın daha öncə yazmasına görə, rüşvət Belozertsev 2020-ci ildə verilib, bahalı Mercedes avtomobilindən, “Breguet” saatından, nağd puldan ibarət olub.

Rusiya xəbər agentlikləri saxlananların özlərini təqsirsiz bildiyini yazır.

Son illər Rusiyada bir neçə region qubernatoru korrupsiya ittihamıyla saxlanıb.

Ötən ilin iyulunda Xabarovsk regionunun qubernatoru Sergey Furqalın həbsi isə etirazlara səbəb olub. O, 10 il qabaq bir neçə qətldə əli olmaqda ittiham edilir. Özü və tərəfdarları isə ittihamları rədd edərək siyasi motivli adlandırır.

Millətçi Liberal Demokratik Partiya üzvü olan Furqal 2018-ci ildə regionu uzun illər etmiş hakim partiya üzvünü məğlub etmişdi.

Şərhlər

XS
SM
MD
LG