Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:10

‘Putini Kremldən qovmaq istəyən şamanı’ ruhi xəstə elan etdilər


Şaman Aleksandr Qabışev
Şaman Aleksandr Qabışev

Məhkəmə Sibirin Yakutiya regionundan olan və Rusiya prezidenti Vladimir Putini Kremldən qovmaq üçün dəfələrlə yürüş cəhdi edən şamanı rəsmən “ruhi xəstə” elan edib.

Bu o deməkdir ki, şaman Aleksandr Qabışev zorla ruhi xəstəxanaya yerləşdirilə bilər.

Açıq Rusiya müxalifət qrupunun hüquq üzrə koordinatoru Aleksey Pryanişnikov martın 18-də AzadlıqRadiosuna deyib ki, Qabışev onun psixi vəziyyətinə görə məntiqlə polis nəfərinə hücuma görə məsuliyyətə cəlb edilə bilməz.

Ötən ay Yakutsk şəhərinin polis idarəsi Qabışevə qarşı “polis zabitinə zorakı hücum” ittihamı irəli sürüb.

Şaman məhz bundan sonra məcburi qayadada ruhi xəstəxanaya aparılıb.

Pryanişnikov deyib ki, Qabışev barədə ruhi xəstə hökmündən apellyasiya şikatəi verilib-verilməyəcəyi hələ bilinmir.

Polis bildirir ki, Qabışevlə hüquq-mühafizə orqanları arasında yanvarın 27-də baş vermiş qarşıdurmadan üç həftə əvvəl şaman Vladimir Putini Kremldən qovmaq üçün yeni yürüş təşkil edəcəyini bildirmişdi.

Xatırlatma

Qabışev 2019-cu ilin martında Yakutiyadan Moskvaya ilk piyada yürüşünü təşkil edəndən məşhurlaşıb.

O bildirirdi ki, məqsədi “şər qüvvələrə” xidmət edən prezident Vladimir Putini Kremldən qovmaqdır.

Lakin o yolun bir hissəsini qət etdikdən sonra saxlanmış və ruhi xəstəxanaya yerləşdirilmişdi.

Eyni zamanda Qabışevi ekstremist fəaliyyətə çağırışda ittiham edirdilər. Daha sonra ondan yazılı iltizam alaraq sərbəst buraxmışdılar.

Şaman 2020-ci ilin yanvarında Moskvaya yeni yürüş elan etmişdi. O bu yürüşü ötən iyunda başlamaq niyyətində idi.

Lakin polis Qabışevi mayın 12-də bir daha saxlamışdı. O yenidən ruhi xəstəxanaya yerləşdirilsə də iyulun 22-də oradan buraxılmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG