Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 03:30

Məhkəmə ‘Putini qovmaq istəyən’ şaman barədə qərar verdi


Aleksandr Qabışev

Rusiyada Yakutiya Respublikasının Ali Məhkəməsi şaman Aleksandr Qabışev barədə qərar çıxarıb.

Məhkəmə Rusiya prezidenti Vladimir Putini Kremldən qovacağını vəd edən şamanın zorla ruhi xəstəxanaya yerləşdirilməsi ilə bağlı qərarı qüvvədə saxlayıb.

Qabışevin vəkili Olqa Timofeyeva martin 11-də AzadlıqRadisouna deyib ki, məhkəmə onun müştərisinin müstəqil ekspert dəvət etmək barədə vəsatətini rədd edib.

Vəkil bildirib ki, müstəqil psixiatr Qabışevin məcburi qaydada ruhi xəstəxanada yerləşdirilməsinə ehtiyac olub-olmadığına dair ekspert rəyi verə bilərdi.

Timofeyeva deyib ki, məhkəmə habelə Qabışevin Rusiyanın hər hansı başqa bir regionunda tibbi və psixiatrik müayinədən keçirilməsinə dair vəsatəti də rədd edib.

Qabışev yanvarın sonunda evindən məcburi qaydada ruhi xəstəxanaya aparılarkən polisə hücum etməkdə ittiham olunur.

Polis Qabışevi ruhi xəstəxanaya yanvarın 27-də, o Putini qovmaq üçün Moskvaya daha bir yürüş planlaşdırdığını elan etdikdən az az sonra aparıb.

Xatırlatma

Qabışev 2019-cu ilin martında Yakutiyadan Moskvaya ilk piyada yürüşünü təşkil edəndən məşhurlaşıb.

O bildirirdi ki, məqsədi “şər qüvvələrə” xidmət edən prezident Vladimir Putini Kremldən qovmaqdır.

Lakin o yolun bir hissəsini qət etdikdən sonra saxlanmış və ruhi xəstəxanaya yerləşdirilmişdi.

Eyni zamanda Qabışevi ekstremist fəaliyyətə çağırışda ittiham edirdilər. Daha sonra ondan yazılı iltizam alaraq sərbəst buraxmışdılar.

Şaman 2020-ci ilin yanvarında Moskvaya yeni yürüş elan etmişdi. O bu yürüşü ötən iyunda başlamaq niyyətində idi.

Lakin polis Qabışevi mayın 12-də bir daha saxlamışdı. O yenidən ruhi xəstəxanaya yerləşdirilsə də iyulun 22-də oradan buraxılmışdı.

XS
SM
MD
LG