Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:06

Rusiya Metsamor nüvə zavodunun ömrünü uzadır


Metsamor zavodu
Metsamor zavodu

Rusiya hökuməti 2015-ci ildə zavodda təhlükəsizliyin gücləndirilməsinə 270 milyon dollarlıq kredit və 30 milyon dollar qrant ayırdı. Modernizasiyanın 2023-cü ildə tamamlanması gözlənir

Rusiya Ermənistana nüvə enerjisi zavodunun ömrünü daha 10 illiyə, 2036-cı iləcən uzatmağa kömək edəcək.

Zavodun direktoru Movses Vardanyan martın 18-də Yerevanda nüvə enerjisinin inkişafı üzrə konfransda deyib ki, bu məqsədlə Rusiyanın Rosatom Korporasiyası ilə birgə işçi qrupu yaradılır.

Vardanyanın sözlərinə görə, stansiyanın ömrü daha 10 il uzadıla bilər. Metsamorun istismarının 2026-cı ildə başa çatacağı gözlənirdi.

Rusiya kredit və qrant ayırıb

Zavodun yeganə işlək reaktoru 1980-ci ildə işə salınıb, 2017-ci ildə dayandırılmalıydı. Ermənistan hökuməti 429 meqavatlıq reaktorun işini daha 10 il uzatmaq qərarına gəldi. Çünki yeni və daha təhlükəsiz nüvə obyekti tikmək üçün milyardlarla dolları cəlb edə bilmədi.

Rusiya hökuməti 2015-ci ildə zavodda təhlükəsizliyin gücləndirilməsinə 270 milyon dollarlıq kredit və 30 milyon dollar qrant ayırdı. Modernizasiyanın 2023-cü ildə tamamlanması gözlənir.

Metsamor Yerevandan 35 km qərbdə yerləşir, Ermənistanda elektrikin təxminən 40 faizini verir.

“Rosatom və Ermənistan nüvə enerjisi zavodunun təşəbbüsü ilə hazırda zavodun ömrünün 2026-cı ildən sonra da uzadılması üzərində işləyəcək yeni texniki işçi qrup yaradırıq. Rusiya tərəfdən Rosatom Xidmət cəlb olunacaq”, – Vardanyan deyib.


Prioritet məsələ

Layihənin Rusiya tərəfdən başçısı Yuri Sviridenko deyib ki, Ermənistanın nüvə enerjisi zavodu “2026-cı ildən sonra da işləyə bilər”. O, ilkin hesablamalara əsasən, obyektin 2036-cı iləcən fəaliyyət göstərə biləcəyini söyləyib.

Mövcud nüvə zavodunun fəaliyyətinin uzadılması Ermənistan hökumətinin yeni nüvə zavodu tikmək niyyətinin olmaması anlamına gəlmir. Bunu isə Yerli Hökumət və İnfrastruktur Nazirliyindən Tiqran Melkonyan deyib.

“Hökumət enerji sisteminin etibarlılığını, ixracın səviyyəsi və rejimlərini, maliyyə və mənbələrin həcmini nəzərə alaraq qərar verəcək”, – Melkonyan vurğulayıb.

Ermənistanda enerji məsələləri üzrə BMT eksperti Ara Marcanyanın sözlərinə görə, nüvə zavodu ölkənin enerji təhlükəsizliyi üçün vacibdir və bu səbəbdən nüvə enerjisi zavodunun saxlanması və yenisinin tikilməsi Ermənistanın milli təhlükəsizliyinin prioritet məsələlərindəndir.

“Ölkənin enerji təhlükəsizliyini təmin edən cəmi iki obyekt var. Biri Vorotan SES, digəri nüvə enerjisi zavodudur. Yeni strategiyaya görə, Ermənistanın harmonik üç komponentli enerji nəsli sistemi olmalıdır və nüvə enerjisi bizim enerji təhlükəsizliyi strategiyamızın ayrılmaz hissəsidir”, – ekspert vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG